Siyasi məhbus siyahısında inanclılar - İlğım; aldadıcı gözəllik (10-cu hissə)
Sıralamada yer alan ateistlərin bütün gücü ilə şiəlik əleyhinə apardıqları təbliğat da eyni sistem və mənbənin nəticəsidir. Bəzi ateist iddiaçılarının sifarişli fikirləri ilə öz iddialarını sadə dəlil üzərindən susduranda aydın olur ki, bunlar da ölkənin şiə əqidəsinə qarşı reperessiv siyasətin yer aldığı təbliğat maşınından doğulub.
Ən gülünc iddiaçılar sırasında qərbpərəst mövqe nümayiş etdirərək ziyalı donuna girməyə çalışan, əslində isə sürətli fikirlərini dəyişənlərin iddiasıdır. Bu dəstə sahiblərinin nəzərlərində İslamın hansı rola malik olması Qərbin parlaq vədlərində görünməzlik halına gəlib. Hər vəchlə İslamda geridə qalmışlıq, müasirlik əleyhinə, qadın haqları, gender hüquqlarının pozulması kimi iddialar irəli sürən bu dəstənin də bəlli bir razılaşma əsasında qurduğu siyasi taktikası gün kimi aydındır. Həqiqətdə onlar üçün iddiasında olduqları “demokratik” dəyərlər sifarişçinin söylədikləri göstərişdən başqa bir şey olmadığını dərk etmək elə də böyük bir zəhmət tələb etmir.
Bununla belə bu cəbhə daha aristokrat bir sabahı vəd edən illuziya ilə cəmiyyətdə İslamın qorxunc təqdimatı arxasında köklü dəyərlərə hədəflənən əsil həqiqətlərini həyata keçirməyə çalışır. Şübhəsiz, bu görüntü də lazım olduğu zaman inanclıların sıxılması və əzilməsi üçün əvəzsiz xidmət göstərdiyi üçün hakimiyyətin sevdiyi və dəstəyini almış güya demokratiya iddialısı, əslində mümkün oyunlara vasitə olma baxımından qoruduğu dəstədir.
Xatırlatma üçün deyək ki, ötən ilin repressiv inanclı həbsində ən fəal olan dəstə də məhz “demokratik” görkəmli, qərb simalı hakimiyyət maşaları oldu.
Onların hakimiyyətin dəyirmanına tökdükləri su bu gün yüzlərcə ailə başçısının həbs həyatı yaşaşasına vəsilədir.
Millətçilər və sionizmin oxşar fikirləri isə xalqın varlığında onun istənilən idarəçilik altında istismarına mane olan dinin hədəfə alınması son dövrlər medianın bir nömrəli mövzusu olaraq qalır. Millətçilik düşüncəsi Azərbaycan kimi dövlətin kabusu olduğu halda təəssüf ki, onu dinə alternativ qoyan qüvvələrin əlində vasitə olaraq hələ də gərginliyin artma amilidir. Hansı ki, dünyanın heç bir nöqtəsi milləçilik kimi düşüncənin uğurlu prosedur olmasını iddia edə bilməz. Alman millətçiləri bunun bariz nümunəsidir ki, 2-ci dünya mübaribəsini bu alovla onlar alışdırdı. Bu gün isə ən ali irq iddiası ilə sionist İsrail eyni təfəkkürlə sayı 40 mini keçən dinc fələstinliləri, uşaq və qadınları son bir il ərzində soyqırımına məruz qoyması eyni məntiqdir.
Millətçilərin iddiası İslamın-şiəliyin onların maneə mənbəyi olaraq təqdimatı da hakim təbəqənin senariləşdirdiyi bir oyundur ki, sonunda heç şübhəsiz bir gün onların özünü bu tələyə yem edəcək.
Mövcud dəstələrin, oyun və layihələrin sayını artırmaq olar. Heç şübhəsiz burada iqtisadi amillər də gözdən yayınmamalı və bu dəstənin də şiəliyin ölkədə məhrumiyyətinə maraqlı olduqları bir siyasət güddükləri şübhəsizdir.
Nəticə etibarı ilə vəziyyət təkcə şiələri hakimiyyətin əli ilə vuraraq məhdudlaşdırmağa çalışmır, eyni halda müxtəlif qruplaşmanın fəal sosial imkanları bu işdə onlara əvəzsiz xidmət göstərir.
Siyasi məhbus siyahısında inanclılar - İlğım; aldadıcı gözəllik (10-cu hissə)