DÇ-2026: Norveç Braziliyanı mübarizədən kənarlaşdırdı

DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşması başa çatıb.

Dramatik keçən oyunda Norveç millisi 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

Skandinaviya təmsilçisinin heyətində Erlinq Haaland 79 və 90-cı dəqiqələrdə fərqlənərək komandasının qələbəsində əsas pay sahibi olub. Braziliya millisinin yeganə qolunu isə 90+10-cu dəqiqədə Neymar penalti zərbəsindən vurub.

Matç ərzində Norveç intizamlı müdafiəsi və sürətli əks-hücumları ilə diqqət çəkib. Braziliya son dəqiqələrdə təzyiqi artırsa da, hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, Norveç DÇ-2026-nın 1/4 final mərhələsinə vəsiqə qazanan tərəf olub.