Qorxunc bir pərdənin örtük tutduğu həqiqətin mahiyyətinə varmamaq mümkün deyil. Hər bir düşüncə sahibi görülmədən gələn bu həqiqətin tamını görməsə də, ümumi məfhumdan qafil deyil. Biz hər tərəfi gözəl sözlərlə bəzədilmiş bu fikirlərə hansı adı vermək istəyimizdən asılı olmayaraq işin həqiqəti dəyişmədən qalır.
Bəzən hədə, bəzən tələb, bəzən iradə kimi görünən çıxışların əksəriyyətində yer alan Azərbaycan gerçəkliyinin gəlib çıxdığı nəticə hələ də kimlərləsə olmaq kimi fikirlərin təlqinini durmadan israrlandırır. Əlbəttə, bəlli bir durum bunu isbat edir ki, qloballaşan dünyada sərhədsiz, dost və müttəfiq dövlətlər biri digərinin yanında olmaqla strateji bir cəbhə qurmağa davam edir. Bu cəbhələr böyük bir ittifaqa zəmin yaradır ki, bu da təhlükəsizliklə yanaşı iqtisadi münasibətlərin də əsas tərəfini müəyyən edir. Bu rakursda bizim də hansısa dövlətlərlə yaxın, dost münasibətlərimiz, inkişafa yol açan əlaqələrimiz yalnız təqdir oluna bilər. Burada pis nə ola bilər axı!?
Məsələ də incələnən bu işin sonuna qoyacağı nöqtənin yaratdığı təhlükədir. Bu dövlətlərin əməkdaşlığı birinin digərinə nisbətdə onun əsarətinə düşüb qərar vermə qüdrətini, söz sahibliyini əlindən almadan icra edilir. Ölkənin mədəniyyəti, adət və ənənəsi, dini və mənəvi düşüncəsi karruziyaya uğradırmaqla digər dövlətləri ümid və arzu olaraq göstərmək bir dövlətin suverenliyini sual altına alır.
Dünyanın heç bir dövləti digər dost və qardaş cəbhəsini bölüşdüyü ölkələrin bayrağını öz bayrağı qədər ölkəsində dalğalanmasına icazə verməz. Bu şüuraltı dövlət bayrağının ikiləşməsi, sonunda hansının daha əsas olma tərəddüdünü qaçılmaz edəcəyi şübhəsizdir. Olduqca dəqiq işlənilmiş bu təsirlənmə xalqın kimliyində vətənpərvərlik kimi müqəddəs hissə də təsirsiz ötüşməyəcək. Model olaraq bənzərini görmək mümkün olmayan bu ikili yanaşım xalqın sabahını qorxu məngənəsinə çəkir.
Qardaş belə evin kandarına qədəm qoyması ailənin sirri, onun bütövlüyünün paylaşım dairəsinə qədər irəliləyə bilmir. Bir də axı bu günün diktə etdiyi həqiqət sabah hansı tələblə çıxış edəcəyi özü böyük sual altındadır. Biz dünən dost olduqlarımıza bu gün düşmən olduğumuz kimi sabah da bu dosluğa hansı nöqtə qoyulacağı bəlli deyil. Belə olan halda ikiləşən düşüncə daxili çaxnaşmaya yol açan ən təhlükəli vəziyyəti sadə bir manevrlə həyata keçirmiş olacaq. Hansı ki, bu suverenlik, azadlıq kimi müqəddəs dəyərləri bu işə qurban verəcək qədər təhlükəlidir.
Əksi də təsəvvür olunandır. Fikirlərdə cəbhələşmək vətəndaş qarşıdurması, parçalanma müharibə təbilini səsləndirəcək ki, bunun qarşısını alacaq köklü dəyərlər sürətli olaraq oyundan çıxarılmaqla böyük bir faciənin baş verməsi ehtimalını qaçılmaz edir.
Addım-addım araşdırılacaq bu məsələlərin ortaq qurbanı bir millətin, xalqın varlığından, gələcəyindən hansı dəyərləri ala bilməsi qərəzdən kənar düşüncə sahibləri üçün mürəkkəb və dərkedilməz deyil.
Biz sürətli uğurumuzu qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin tarix yazan rəşadətli mübarizə səhifələrindən uzaqlaşdırdıqca “bəs onda kim?” sualına müxtəlif dövlət adları yazmağa məhkum idik. Biz qazisinin canına qəsd edən ölüm səhnələrinə qədər uzanan fəryadına məhz buna görə laqeyd qaldıq. Qələbəni yatağa məhkum edən qazi deyil, İsrail silahları, Rusiya razılığı, Türkiyə qırıcıları verdi düşüncəsi həqiqi qalibləri gözümüzdən kənar tutdu.
Əvəzinə müxtəlif ölkələrin bayrağıarını dost, qardaş, müttəfiq adı altında qaldırmaqla ruhumuzda baş qaldıran hayqırtıya bununla məlhəm qoymağa çalışdıq. Nəticə, son nəticə bizim sabahımıza bu gün qoyulan yalançı məlhəm səbəbli xəstəliyi hansı vəziyyətə gətirəcəyini düşünə bilirikmi?
Müstəqillik düşüncəsinin həqiqəti 4-cü hissə