10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan ictimai fəal Nicad İbrahimin ailəsi 24 gündür ondan xəbər ala bilmədiyini bildirir. Ailə onun cərimə təcridxanasına (“kars”) salındığından və səhhətində problem yarandığından şübhələnir.
Bu barədə fəalın həyat yoldaşı Pərvin İbrahim “Abzas Media”ya danışıb.
Onun sözlərinə görə, ailə Nicad İbrahimlə sonuncu dəfə iyunun 6-da görüntülü danışıb. Həmin tarixdən sonra fəal ailəsi ilə nə videozəng, nə də adi telefon danışığı vasitəsilə əlaqə saxlayıb.
O bildirib ki, sonuncu danışıq zamanı Nicad İbrahim səhhəti ilə bağlı hər hansı problem olduğunu deməyib. Ancaq ailəsi onun gərgin olduğunu hiss edib:
“Səhhəti ilə bağlı heç bir şey yox idi. Bizə heç nə deməmişdi. Bir az gərgin idi, çünki bir dəfə telefonla anası ilə danışanda kimsə qapını döyüb, narahat eləmişdi. Telefonu yarımçıq qoyub getmişdi. Amma ondan sonra bizimlə danışdı, bununla bağlı heç bir söz demədi”.
Pərvin İbrahim deyir ki, ailə 24 gündür rəsmi qurumlardan Nicad İbrahimlə bağlı məlumat ala bilmir. Onun sözlərinə görə, həm özü, həm də vəkil Zibeydə Sadıqova aidiyyəti qurumlara müraciət edib.
“24 gündür heç bir orqan bizə rəsmi məlumat verməyib. Mən özüm də müraciət eləmişəm. Vəkili Zibeydə Sadıqova da Ombudsman Aparatına məktublar yazıb. Bu gün artıq üç gündür ki, Zibeydə xanım Ombudsman Aparatının qaynar xəttinə davamlı zəng eləyir. Deyirlər ki, “bir xəbər bilib sizə deyəcəyik”. Hələ indiyə qədər bir xəbər verilməyib”.
Ailənin bildirdiyinə görə, Nicad İbrahimin “kars”a salınması barədə məlumat Penitensiar Xidmətin qaynar xəttindən verilib. Pərvin İbrahim deyir ki, təxminən iki həftə əvvəl vəkil Zibeydə Sadıqova qaynar xəttə zəng edərək ailənin narahatlığını bildirib. Ona Nicad İbrahimin cərimə kamerasında olduğu deyilsə də, səbəb açıqlanmayıb.
“İki həftə bundan qabaq Zibeydə xanım Penitensiar Xidmətin qaynar xəttinə zəng eləmişdi. Xəbər almışdı ki, ailəsi narahatdır, Nicaddan xəbər yoxdur, zəng eləmir. Bildirmişdilər ki, Nicad “kars”a salınıb. Səbəbi, niyə görə olduğu barədə heç bir məlumat verməyiblər”, - Pərvin İbrahim bildirib.
Fəalın həyat yoldaşı deyir ki, ailə iki həftədir rəsmi cavab gözləyir. Onun sözlərinə görə, Nicad İbrahimlə əlaqənin kəsilməsi ailədə onun təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.
“İki həftədir xəbər gözləyirik. Hələ də cavab çıxmayıb. Bu həftənin birinci günündən artıq mən gərginləşmişəm. Çünki bilirəm ki, Nicadın vəziyyəti yaxşı deyil. Nəsə bir şey var”.
Pərvin İbrahim əlavə edib ki, ailəyə Nicad İbrahimin “kars”da olarkən etiraz məqsədilə başını harasa çırpması barədə qeyri-rəsmi məlumat çatıb. O, bu məlumatın rəsmi şəkildə təsdiqlənmədiyini deyir.
Pərvin İbrahim bildirir ki, Nicad İbrahim indiyə qədər 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitindən açıq şəkildə şikayət etməyib. Ancaq kameradakı sıxlıqdan danışıb.
“Həmişə yaxşı olduğunu deyirdi. Amma kameralardakı sıxlıqdan şikayətlənirdi. Deyirdi, bir otaqda 50 nəfər qalır, hərəsi bir cürdür. Üstüörtülü danışırdı. Açıq şəkildə heç bir söz deməmişdi bizə”.
Ailə hazırda Nicad İbrahimin sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahat olduğunu bildirir.
“Əgər Nicadı bu qədər gündür gizlədib heç bir xəbər vermirlərsə, başına nəsə gəldiyindən şübhələnirəm. Ya özləri ediblər, ya da Nicadı o həddə çatdırıblar ki, o, özünə nəsə edib. Ona görə də bizi yubadırlar”, - Pərvin İbrahim deyib.
Penitensiar Xidmət ailənin iddiaları ilə bağlı suallarımızı cavablandırmaqdan imtina edib.
Nicad İbrahim 2024-cü ilin sentyabrında həbs olunub. 2025-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İbrahim Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma - ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi - silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilən xuliqanlıq - üzrə ittihama isə xitam verilib.
Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Nicad İbrahim ittihamları rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir. O, bundan əvvəl polis orqanlarını sərt tənqid edən paylaşımlar edib, ölkədən çıxışına qadağa qoyulduğunu deyib.
Fəal əvvəllər də müxtəlif ittihamlarla həbs olunub. 2021-ci ildə o, karantin qaydalarını pozmaqda günahlandıralaraq 1 il 3 ay azadlıqdan məhrum edilib. İbrahim həmin vaxt da təqsirsiz olduğunu və etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.
Nicad İbrahim bir neçə il əvvəl ağzını tikərək aclıq aksiyası keçirməsi ilə də gündəmə gəlmişdi. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar.
Ailəsi Nicad İbrahimin “kars”a salındığını deyir: “24 gündür ondan xəbər ala bilmirik”