Hacı Tale Bağırzadə: “Bu tam küfrün önündə imanın rəşadətli duruşu idi”

Günlərdir Trampın çıxışları fonunda Qərb mətbuatından qidalanan media orqanlarının İslamın Ali Dini Lideri haqqında səsləndirdikləri fikirlərə ötən gün Ayətullah Seyyid Əli Xameneyi əməli cavab verib.
O, bütün həmlə, hədə və təzyiqləri qətiyyətli duruşu ilə aşaraq Tehranda İmam Xomeyni məqbərəsinə ziyarətə gəlib. İlahiyyatçı Hacı Tale Bağırzadə həbsxanadan göndərdiyi bəyanatında bu mövzuya toxunub.

“Ayətullah Xameneinin bu addımı bütün küfrün tam imanla qarşılaşması və həqiqi liderin rəşadətli duruşunun tərənnümü idi. Zamanla Fironlar, Nəmrudlar Yəzidlər önündə duran İbrahimlər, Musalar, Hüseynlərin mübarizə əzmini bu gün Ayətullah Xamenei Allaha sığınan böyük iman və inancı ilə ortaya qoydu. Bu həqiqi İslam liderindən gözlənilən qüdrətin tam özü idi.”

Hacı Tale Bağırzadə “Zalımların istəklərinə baxmayaraq Allah Öz nurunu tamamlayacaq” deyərək İlahi iradənin mütləq bərqərar olacağını bildirib.