Şəhid Ayətullah Xamenei üçün bu səhər Cəmkəran məscidində cənazə namazı qılınıb

Tehrandakı izdihamlı vida yürüşünün ardından bu gün, iyulun 7-də Qum şəhərində vida mərasimi başlayıb. Sübh tezdən Cəmkəran məscidindən Həzrət Məsumə (s.ə) hərəminədək uzanan marşrut boyunca toplaşan böyük insan axını mərasimin dördüncü gününə xüsusi rəng verib.

Ayətullah Cavadi Amulinin imaməti ilə cənazə namazının qılınması isə mərasimin ən təsirli anlarından biri olub. Sonra cənazələr insanların çiyinləri üzərində hərəkət etdirilib.

Qeyd olunur ki, Cəmkərandan Həzrət Məsumə (s.ə) hərəminə gedən yol tamamilə dolu olub. Marşrut boyunca insanlar gül dəstələri və bayraqlarla karvanı müşayiət ediblər. Yol polisi və könüllülər isə izdihamın təhlükəsiz hərəkətini təmin ediblər.

Beləliklə də, Tehranda başlayan vida mərasimi Qumda da geniş iştirakla davam edib. Şəhər bu gün milyonlarla insanın toplaşdığı böyük vida məkanına çevrilib.