Siyasi məhbus siyahısında inanclılar - Beyin mərkəzləri (5-ci hissə)
Rejim həbslərin siyasi və güc yolu ilə hakimiyyəti ələ keçirmək niyyətini özündə ehtiva edən tutarlı sübutları ortaya qoymayınca mütləq buna məntiqli cavab axtarmaq lazım gəlir. Ən əsası ona görə ki, günümüzdə həbslər durmadan davam edir deyə bu məsələ aydın bir müstəvidə səbəblənməlidir.
Böyük dövlətlər, dünyanın idarə edilməsində fəal iştirakı olan beyin sahibləri bir ölkənin vəziyyətini, orada köklü dəyişiklik aparmağı, siyasi uğurlar, iqtisadi müvəffəqiyyət əldə etmək üçün o ərazidə yaşayan xalqı yaxından tanımaq, onları incələmək, araşdırmağı əsas məsələ hesab edir. Bunun üçün onların yaratdığı mərkəzlərdə fəaliyyət konsepsiyasına uyğun dünyanın qitələri, qütbləri, ərazi vahidləri, mədəniyyətləri, dinləri, adət və ənənələri daxil xüsusi araşdırma mexanizmi o ərazini yaxından tanımağa başlayır. Ümumi nəticə alındıqdan sonra xətləmə işləri başlanılır.
Xəttləmə, yəni bu məsələlərdə birinin digərinə nisbətdə daha əhəmiyyətli rola malik olmasını, hansının xalqı formalaşdırdığını, hansının ona daha müqəddəs sayılan dəyər olduğunu üzə çıxarır. Son nəticə bir neçə incə, əhəmiyyətli, eyni halda dəyərli özəlliklərlə bu xalqa yanaşmalı olduğuna diqqət çəkir. Şübhəsiz bu dəyərlər mövcudikən xalq üzərində arzulanan qələbəni əldə etmək çətin olur. Əsas iş onun müdafiəsini dağıtmaqdır ki, bundan sonra planın müvəffəqiyyəti qaçılmaz olsun.
Təbii ki, müqəddəs, dəyərli olan şeyləri bir xalqdan almaq, onu məhv etmək nəinki çətindir, bəzən heç mümkün də deyil. Lakin bu dəyəri daha modern, daha yumşaq, daha cazibəli olanla dəyişmək praktikada yaşanan hallardandır. Heç kəsin baş örtüyünü rahat açdırmaq olmaz. Ancaq onu “çadra cəmiyyətdə vahiməli görünür, dinə gələnlər çadranı görəndə qorxur deyə çadraya görə dinə gəlmir” deyənlərin əsil hədəfi tam başqadır. O, çadranı məhdudlaşdıracaq addımın sərt reaksiyasını anlayır. Ona görə də dəyəri alternativlə əvəz edir. Çadranı mantolu, hicablı geyimlə dəyişməyi belə bir ağlabatan təkiliflə gündəmə gətirir.
Ancaq bu əsil hədəf deyil. Bir müddətdən sonra “qara rəng insanlarda ikrah yaradır. Bir kənardan bax, qara hicablar nə qədər vahiməli və bədbin forma təzahürü yaradır. Ancaq rəngli hicablar bu gün yeni hicaba gəlmək istəyənlərin də təsirlənməsinə səbəb olar deyə mən düşünürəm ki, xoş rəngli hicablar daha çox insanı dinə gətirə bilər” deyir. Kənardan xoş, qulağa şirin də gəlir. Lakin hicabın mahiyyəti onun təbliğini əsaslayır deyə burada hicabın mahiyyəti, cazibəni sərhədləmək məqsədi əksi, cazibəli olmaqla əvəzlənir. Bu isə köklü əsasa zərbə vurmaq üçün hazırlanmış və mahiyyətində müdafiə divarını dağıtmaq kimi məkirli planın qurduğu siyasətdir. Bunu həmən insitutlar, ağıl məktəbləri xalqı tanıyaraq müəyyən edir, strategiya qoyur və hesablanmış qüvvələr vasitəsi ilə hərəkətə keçirirlər.
Bunun əksi olaraq müdafiə sisteminə xalqın həssas nöqtəsi, çox zaman təsirli olan millətçilik kimi düşüncələrlə də qızışdırılması köklü əsaslara qarşı hazırlanan planlı təxribat ünsürü sayıla bilər.
Hüquq və azadlıqlar, gender bərabərliyi, cinsi azadlıqlar və sair qeyd edilən çoxsaylı əks siyasətlərin də çox zaman arxasında xalqın genefonuna hazırlanan iti zərbə dayanır ki, onlar bu oyunlara qurban verilsin. Bunların maneələri sırasında ən çətin sədd canlı insan resursudur. Bəzən böyük planlar, zəhərli və məkirli oyunlar dəqiq hazırlandığı, xalqı pozuculuğa çəkmək üçün mükəmməl tədbirlər qurulduğu halda fədakarların, xalqın dəyərlərini qorumaq üçün cani könüldən çalışanların varlığı bu layihələrin dünyaya gəlməsinə imkan vermir.
Belə olan halda hakim rejimləri öz kürsülərində saxlayan qüvvlərin hakimiyyətlərlə razılaşmaları qeyd edilən fədakarların kütləvi həbsləri ilə yanaşı günahsız insan selinin işgəncə, hətta öldürülməsi kimi addımları gerçəkləşdirmiş olur.
Siyasi məhbus siyahısında inanclılar - Beyin mərkəzləri (5-ci hissə)
Rejim həbslərin siyasi və güc yolu ilə hakimiyyəti ələ keçirmək niyyətini özündə ehtiva edən tutarlı sübutları ortaya qoymayınca mütləq buna məntiqli cavab axtarmaq lazım gəlir. Ən əsası ona görə ki, günümüzdə həbslər durmadan davam edir deyə bu məsələ aydın bir müstəvidə səbəblənməlidir.
Böyük dövlətlər, dünyanın idarə edilməsində fəal iştirakı olan beyin sahibləri bir ölkənin vəziyyətini, orada köklü dəyişiklik aparmağı, siyasi uğurlar, iqtisadi müvəffəqiyyət əldə etmək üçün o ərazidə yaşayan xalqı yaxından tanımaq, onları incələmək, araşdırmağı əsas məsələ hesab edir. Bunun üçün onların yaratdığı mərkəzlərdə fəaliyyət konsepsiyasına uyğun dünyanın qitələri, qütbləri, ərazi vahidləri, mədəniyyətləri, dinləri, adət və ənənələri daxil xüsusi araşdırma mexanizmi o ərazini yaxından tanımağa başlayır. Ümumi nəticə alındıqdan sonra xətləmə işləri başlanılır.
Xəttləmə, yəni bu məsələlərdə birinin digərinə nisbətdə daha əhəmiyyətli rola malik olmasını, hansının xalqı formalaşdırdığını, hansının ona daha müqəddəs sayılan dəyər olduğunu üzə çıxarır. Son nəticə bir neçə incə, əhəmiyyətli, eyni halda dəyərli özəlliklərlə bu xalqa yanaşmalı olduğuna diqqət çəkir. Şübhəsiz bu dəyərlər mövcudikən xalq üzərində arzulanan qələbəni əldə etmək çətin olur. Əsas iş onun müdafiəsini dağıtmaqdır ki, bundan sonra planın müvəffəqiyyəti qaçılmaz olsun.
Təbii ki, müqəddəs, dəyərli olan şeyləri bir xalqdan almaq, onu məhv etmək nəinki çətindir, bəzən heç mümkün də deyil. Lakin bu dəyəri daha modern, daha yumşaq, daha cazibəli olanla dəyişmək praktikada yaşanan hallardandır. Heç kəsin baş örtüyünü rahat açdırmaq olmaz. Ancaq onu “çadra cəmiyyətdə vahiməli görünür, dinə gələnlər çadranı görəndə qorxur deyə çadraya görə dinə gəlmir” deyənlərin əsil hədəfi tam başqadır. O, çadranı məhdudlaşdıracaq addımın sərt reaksiyasını anlayır. Ona görə də dəyəri alternativlə əvəz edir. Çadranı mantolu, hicablı geyimlə dəyişməyi belə bir ağlabatan təkiliflə gündəmə gətirir.
Ancaq bu əsil hədəf deyil. Bir müddətdən sonra “qara rəng insanlarda ikrah yaradır. Bir kənardan bax, qara hicablar nə qədər vahiməli və bədbin forma təzahürü yaradır. Ancaq rəngli hicablar bu gün yeni hicaba gəlmək istəyənlərin də təsirlənməsinə səbəb olar deyə mən düşünürəm ki, xoş rəngli hicablar daha çox insanı dinə gətirə bilər” deyir. Kənardan xoş, qulağa şirin də gəlir. Lakin hicabın mahiyyəti onun təbliğini əsaslayır deyə burada hicabın mahiyyəti, cazibəni sərhədləmək məqsədi əksi, cazibəli olmaqla əvəzlənir. Bu isə köklü əsasa zərbə vurmaq üçün hazırlanmış və mahiyyətində müdafiə divarını dağıtmaq kimi məkirli planın qurduğu siyasətdir. Bunu həmən insitutlar, ağıl məktəbləri xalqı tanıyaraq müəyyən edir, strategiya qoyur və hesablanmış qüvvələr vasitəsi ilə hərəkətə keçirirlər.
Bunun əksi olaraq müdafiə sisteminə xalqın həssas nöqtəsi, çox zaman təsirli olan millətçilik kimi düşüncələrlə də qızışdırılması köklü əsaslara qarşı hazırlanan planlı təxribat ünsürü sayıla bilər.
Hüquq və azadlıqlar, gender bərabərliyi, cinsi azadlıqlar və sair qeyd edilən çoxsaylı əks siyasətlərin də çox zaman arxasında xalqın genefonuna hazırlanan iti zərbə dayanır ki, onlar bu oyunlara qurban verilsin.
Bunların maneələri sırasında ən çətin sədd canlı insan resursudur. Bəzən böyük planlar, zəhərli və məkirli oyunlar dəqiq hazırlandığı, xalqı pozuculuğa çəkmək üçün mükəmməl tədbirlər qurulduğu halda fədakarların, xalqın dəyərlərini qorumaq üçün cani könüldən çalışanların varlığı bu layihələrin dünyaya gəlməsinə imkan vermir.
Belə olan halda hakim rejimləri öz kürsülərində saxlayan qüvvlərin hakimiyyətlərlə razılaşmaları qeyd edilən fədakarların kütləvi həbsləri ilə yanaşı günahsız insan selinin işgəncə, hətta öldürülməsi kimi addımları gerçəkləşdirmiş olur.
5-ci hissənin sonu.