Suriya müharibəsində ilk mərhələ: “Hizbullah” (3-cü, sonuncu hissə)

Tərəflər müəyyən zaman daxilində atəşkəsə imza atdılar. Bundan sonra Hizbullah yenidən toparlanmaq, hərəkatın yaralarını sarmaq üçün fəaliyyətə başladığı halda İsrail illərdir etdiyi səhvin bir daha təkrarlanmaması üçün bütöv Livanın ətrafına tikanlı məftillər çəkməyə çalışdı. Zatən dəniz nəzarəti əlində olan Livanın yeganə təsir qapısı qalan Suriya ərazisindən koridor İsrailin əsas hədəfi oldu. Bunun üçün ABŞ və bəzi dəstəkçi qüvvələr Əsədin devrilməsi planının arxasından İsraili bufer zona adı ilə həmin xətti qapatmağa dəvət etdilər.

Bir neçə gün ərzində düşmən Livanın son qapısını da onun üzünə bağlamaqla Hizbullahın yenidən ayağa qalxma, xalqı öz ətrafında birləşdirmə gücünə malik olmasını ciddi şəkildə qabaqladı. Atəşkəs üçün ayırılan 6 aylıq bir zaman İsrailin Livan daxilində hakimiyyət və Hizbullah arasında yarada biləcək ziddiyyət üçün yetərli bir zamandır. Bu müddətdə lazımı kənar təminatın olmaması yaradıla biləcək daxili etirazlara sonunda İsrailin Livanla şərt edəcəyi məsələyə qapı ola bilər.

Livanda lazımı maddi dəstəyin ola bilməməsinin əksi olaraq ABŞ və İsrailin maddi dəstəyi ilə əks qüvvələrin Hizbullah əleyhinə addımları sonunda İsrailin seçim olaraq ya Hizbullah silahdan əl çəkməli, ya da Livana növbəti hücum ediləcəyi hədəfi bu məsələdə son nöqtə rolunu oynamağa hesablanıb. Bu məsələdə Nəsrullah cəsarətinin nisbətən zəif müşahidə olunan Şeyx Nəim simasının bu problemlə hansı təsirləri qarşılaya biləcəyi də tərəddüdlüdür.

Hizbullahın mübarizə salnaməsi təkcə öz tarixini deyil, başqa mübariz məktəbləri də tarixin vərəqlərinə daşıyır. Bu düşüncə davam edəcəyi halda bir neçə ildən sonra Yaxın və Orta Şərqin sahibləri elə ərəblərin özlərinin olacağını başa düşən Amerika və İsrai bunun üçün bütün güclərini səfərbər ediblər.

Nəticənin nə olacağını, bütün bu ehtimalların nə qədər gerçək ola biləcəyini söyləmək çox çətindir. Heç olmasa ona görə ki, sadalananlar İsrail və ABŞ tərəfinin etmək üçün planlaşdırdıqları ola bilər. Qarşı tərəfin adekvat olaraq hansı addım atacaqları və son olaraq Allahın nəyi iradə etdiyini isə yaşadıqca görə bilərik.

 

MBH Təhlil Mərkəzi

Müəllifin məqalələri: