Nümunə. 1-ci hissə

İlk insan məhz belə yarandı: pak, günahsız, mərhəmətli, şəfqətli və bir çox müsbət göstəricilərin toplusu olaraq. Təbii ki, seçim təsadüfi deyildi, kamillik həfəfləyən insanın ilk nümunəsi yalnız yaxşılıqların həqiqətini ortaya qoyacaq bir varlıq olmalı idi. Dini termində “Peyğəmbər” deyilən bu şəxs İlahi aləmin bütün gözəlliklərini insanlara təqdim etmək üçün göndərilmiş nümunədir. Bu, təkcə onda var olan gözəlliklər deyil, eyni zamanda onun qəlb genişliyi ilə paylaşmağa hazır olduğu səxavəti mənbə əsəri olaraq da ortaya qoyurdu.
Beləcə ilk insan və ilk bəşər peyğəmbər-ilahi özəllikləri gətirən-varlıq olaraq Adəm (ə) insanlıq qapısını bəşərin üzərinə açdı. O, insanların ibtidai baxışları üçün nümunə olmaqla doğru, dəyərli bir ömrün açarını səmimiyyətlə hər yeni dünyaya gələn insanla paylaşırdı. Təbii ki, o, zamanla ömür sürüb dünyadan köçdükdən sonra bir müddət dəyərlərin qorunduğu bir ortam hökm sürərkən, insanlıq nümunə axtarışında olmadı. Lakin getdikcə mərkəzdən qaçma ötən zaman çərçivəsində insanda yeni nümunələrə ehtiyac yaratdı.
Tarixi əhatə edən İlahi övliyalar, Peyğəmbərlər seçimi həmən nümunəni gah insanların unutqanlığı, gah da zəka irəliləyişinə müvafiqləşdirərək Allah yeni nümunələr sissiləsini davam etdirdi. Şübhəsiz nümunələr həyat konsepsiyasının yazılı qanunlar toplusunu yaradarkən bu günün din adlı idioloji baxışı insanları qoynuna aldı. Din nümunələrin nəzəri, Peyğəmbərlər isə əməli əsasını təşkil edən bir nümunə məcmuəsi idi.
Nümunələr özəl əsaslandırmanı insanın mərkəzdənqaçma kimi problemlərinə yönəldərək, insanı "fitrətə dəvət" üzərinə yönəltdi. Zaman bütün maraqları ilə bu istiqamətdə gücünü sərf etdiyi halda kamil nümunələrin rolu öz varlığını ortaya qoyduğu andan dumanlaşdırılmış ortamı köhnə halına qaytara bilirdi. Səbəb isə insanın unutduğu fitrətini, kənar təsirə məruz qalaraq dəyişdirilmə cəhdini öz həqiqəti ilə qarşılaşdırdığı zaman haqqın önündəki təslimiyyəti idi. Hər bir şəxs vicdan, fitrət deyilən həqiqətin əməli nümunəsi olan şəsxslə qarşılaşınca geri-özünəqaydış qaçılmaz olur.
Əlavə olaraq qeyd edək ki, Kərbəla hadisəsi zamanı Hz. Hüseynin (ə) ailəsinə qarşı amansızlıq nümayiş etdirən, su yolunu bağlayıb Əhli-beyt (ə) ailəsini Kərbəlada qadağalara məruz qoyan Hürr ibn Yəzid Riyahinin geri dönüşü də eyni motiv ətrafında idi. Varlıqları çirklənmiş, ruhlarını günah girdabında boğan xəlifə Yəzid və tərəfdarlarının formalaşdırdığı ortam getdikcə Hürrün baxışlarını da öz qoynuna alaraq mənfilikləri haqq donuna saldı. Paralel davam edən əks təbliğatlar günün birində Hürrü az qala Hüseyn (ə) qatili olmaq səviyyəsinə qədər endirə bildi. Yalnız bir həqiqət, haqqın səsi və əməli nümunəsi Hüseyn ibn Əli (ə) ilə Hürrün görüşü onun paslanmış dünyasını dağıdaraq arxasında susdurulan vicdanına ayna tuta bildi ki, sonunda Hürr Kərbəla qəhrəmanları sırasına öz müqəddəs tövbəsi ilə dönüş edə bildi. Belə faktlar kərbəlada yetərincə yaşanıb.
İnsan həqiqətin nümunəsi ilə üzləşincə yanlış addımlarını tam anlamaq fürsəti qazanır. Əlbəttə, bunun üçün insanın öz ruhuna vurduqları ləkə, zədənin rolu az olmur. Bəzən cüzi zədə həqiqi nümunənin görüşü ilə sürətli özünədönüş edə bildiyi halda, bəzən çoxsaylı zədələr, günah və fitrətin əzilməsi bu prossesi yubadır. Lakin nəticə həqiqi nümunənin təsirini qaçılmaz edərək insanda dəyişiklik toxumlarını, geridönüşü, özünəqaydışı qəlbinə əkə bilir.
 
 
1-ci hissənin sonu.
Müəllifin məqalələri: