Hacı Tale Bağırzadə Prezident İlham Əliyevin Donald Tramp haqqında “o, bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür” fikirinə etirazını bildirərək bu ifadələr üçün İlham Əliyevin Azərbaycan xalqından üzr istəməli olduğunu bildirib.
“Tramp diktator, soyğunçu, istismarçı və müxtəlif ölkələrin ərazilərinə təcavüz edən bir qatil olması ilə yanaşı bir pozğun, əyyaş və azyaşlılara qarşı cinsi zorakılıq göstərən bir varlıqdır. Belə bir şəxsin ailə, fundamental dəyərlərə malik olması və onun bu dəyərləri Azərbaycan xalqına nisbət verməsi bu xalqa qarşı hörmətsizlikdir. Ola bilər İlham Əliyevin söylədikləri onun ailə dəyərlərlərinə uyğundur. Amma qətiyyətlə bu Azərbaycan xalqı ilə müqayisə oluna bilməz. Buna görə də İlham Əliyev belə bir müqayisə etdiyi üçün Azərbaycan xaqından üzr istəməlidir.”
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi “Epşteyn faylları”na aid 3 milyondan çox sənədi dərc edib. Onların arasında 2 min videoyazı və 180 min foto da var. Bu sənədlərdə çoxlu sayda siyasətçi, iş adamı və digər peşə sahiblərinin adları çəkilir ki, bunlardan ABŞ-nin hazırkı prezidenti Donald Trampın Epşteynlə əlaqələri olması diqqətçəkəndir. Onun adı yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar, təcavüz, zorakılıq əməlləri törətmədə hallanır.
Tale Bağırzadə: “İlham Əliyev Azərbaycan xalqından üzr istəməlidir”