Müstəqillik günü 28 May

Yaxşı məfhum baxımından hər kəsin həqiqətini anlayıb insan olaraq formalaşmasında hansı rola malik olduğunun qiymətini zaman müəyyən edir. Həyatın varlığında yaxşı deyilən və mahiyyətcə yaxşı olan, dərkinə ehtiyac duyulan həqiqətdir. Lakin yaxşı tanınması ilə yekunlaşmır. Belə bir yaxşının bilgisi mahiyyətsizdir. 

Onun dəyəri yaxşını tanıyıb, yaxşılığı bilib onu qorumaqdır. Yaxşı deyilən qiymətli dürr qorunmayacağı halda onun yaxşı dəyəri heç bir özəl qiymətə malik olmaz. Onu qiymətləndirmək, qorumaq, yaxşıya verilən dəyərdir.
Lakin dəyərləndirmək də bir yaxşının nəhayəti deyil. Onun varlığını tanımaq və onu qorumaq yaxşıda olan özəlliyin üzə çıxma imkanlarını qapıyacaq. Növbəti mərhələ bu yaxşılığı tətbiq etmək, paylaşmaq və insanları mahiyyət olaraq yaxşılığa səsləməkdir. Bu yaxşını tanımaq, onu qorumaq və cəmiyyətdə tətbiqinə kompleks yanaşmadır.
Belə olan halda yaxşının həqiqəti hər kəsin yaxşılıqlardan ibarət bir düzənə malik, bu düzəndə digər yaxşılıqlara zəmin 
yaratmaq ana yaxşılığın gəldiyi qənaətdir. Yaxşı olmaq yaxşıları bir araya gətirmək, yaxşıların bir araya gəlməsi isə yaxşı bir həyat qarantıdır.
Bu düstur bütün yaxşı deyilən xüsusda keçərlidir. Eyni ilə vüqarla qeyd etdiyimiz Müstəqillik Günümüz kimi. Bu dəyərdir, ilk olaraq bir xalq olaraq həyatımızda müstəqil olma əhəmiyyəti, azadlıq məfhumu dərk edilməlidir. Şübhəsiz Müstəqilliyimizin mahiyyəti onun uğrunda qurban verilən neçə neçə Azərbaycan övladının simasında təsdiqini tapdı. Zamanla onu qorumaq məsuliyyəti də 44 günlük müharibədə şəhadətə ucalan ruhların pak hədəflərində təzahür edildi.

Azadlığın, müstəqilliyin bətnində var olan azadlıqlar, haqların gələcəyin daha parlaq, daha inkişaf etmiş bir ölkənin formalaşdırılması tələbini irəli qoyur. Bu Müstəqilliyin tanınan, qorunub və müdafiə edilməsi üzərində son mərhələdir. Bu azadlığın, müstəqilliyin həqiqi açarı, kamil izahıdır. Bunun üçün hər bir fərd, hər bir azadlıq, müstəqillik təlatümçüsü bütün gücü və imkanını səfərbər etməlidir.

Hüquq və azadlıqlar müstəqiliyin bətnindən dünyaya göz açmalıdır. Əgər bu baş verməyəcəksə müstəqillik öz nəhayətinə qədəm qoymuş olmayacaq. Bunun üçün hər kəs bütün imkanları ilə bu yolda maneələri qaldırmalı, müstəqil  Azərbaycanı azadlıqlara vətən olan bir ölkəyə çevirməlidir.

Bu arzu deyil, bu müstəqilliyin həqiqətidir!