Hakimiyyətin son hazırlığı : AŞURA 1-ci hissə.

Zamanla qaranlıq görünən bir çox hadisələrin son nöqtəsi Hacı Şahin Həsənlinin qətli ilə aydınlandı. O ana qədər bu handisələrdə şübhəli qalan məqamlar olsa da, mərhum ilahiyyatçının öldürülmə planı bu məsələnin əslində illər öncə hazırlanmış xüsusi bir layihəyə qoyulan nöqtə olaraq bütün ehtimallar üzərindən pərdəni qaldırdı. Məsələnin detallarına varmadan öncə Azərbycanın son 20 illik, özünü möhkəmlədən hakimiyyətin idarəçilik ssenarisi hər şeyin onun təsiri altında məcburi olması əmrini bütün sahələrə verib. Səmimiyyətlə hər kəs ölkədə müstəqil mövcud olan hansısa bir sahənin varlığının olmadığı söyləyə bilər. Maddi, mənəvi, dünyəvi, elmi, mədəni, iqtisadi, bir sözlə Azərbaycan deyilən bir ölkənin ərazisində varlığı qəbul olunan hər şey tədrici qanunla başlayaraq hakimiyyətin məcburi idarəçiliyi altına düşdü.
Əlbəttə bu daxili və xarici dəstəyin, tez tez dəyişikliyə uğrayan qanunların təsiri ilə rəsmi və hüquqi yön aldığı üçün buna etiraz da getdikcə mümkünsüz oldu. Bir zamanlar müxalif partıyaların böyük əksəriyyətinin dünən qəbul etmədiyi indiki iqtidarı bülbül incəliyi ilə vəsf etməsi, müstəqillik dövründə yaranan azad medianın barışmüz mübarizə yoluna düzülən əskinazların yaratdığı möcüzə bu gün bu və sair formada hər kəsin əqli və nəqli mövcudluğunu hakimiyyətin idarəçiliyi altına alıb. Ölkənin hazırkı mənzərəsi, əgər səmimi etiraf olunarsa istisnasın hakimiyyətin nəzarəti altında yaşamını sürdürən bir Azərbaycan olaraq real vəziyyət almışdır.
Şübhəsiz bütün bunlar elə də asan əmələ gəlməyib. Bəziləri deputat mandatına, bəziləri külli miqdarda hesab rəqəmlərinə, bəziləri şirkət, müəsisə, hətta televiziya kanalları, orden-medal daha nələr hesabına bu idarəçilik altında olmaq razılığına qol qoyub. Əlbəttə bunun razılaşmadan həyat mücadiləsi aparan gücləri də az olmayıb. Bu gün bəzilərinin müxalif, idarəçilik bayrağı altına düşmək acısını rədd edən həbsxana həyatı yaşayan, bütün malı-mülkü müsadirə olunan, ömürlük əlil olaraq yatağa məhkum olan və nəhayət öldürülən yetərincə azadlığını hər şeydən üstün tutan şəxslər də bu sırada az deyil.
Ümumilikdə sadalananlar idarə edilən və edilməyi rədd edənlər olaraq iki xüsusi qrupa ayrılır. Bunlar siyasi və qeyri siyasi siniflərdir. Siyasilər tam tərkibdə liderlərdən ibarət məqsədli fəaliyyət göstərən xüsusi bir zümrədir. Belə dəstələrlə iş birliyi çətin olduğu qədər asandır. Çünkı siyasilər simadır və simalarla danışıqlar dəqiq, ünvan və fikir ətrafında qurulur deyə onun problemlərini çözmək çox zaman böyük zəhmət tələb etmir. Qeyri siyasilər daha çox elmi, iqtisadi, sosial və sair kimi sahələri əhatə edən, reallıqda liderə çox da ehtiyac duyulmayan tərəflərdir. Bunlar siyasi görünməsələr də, əslində ictimai münasibətlərə birbaşa təsir göstərdiyi üçün ixtiyarsız siyasi münasibətlərin tərəflərinə çevriliblər. Onların təsirə salınma cəhdi siyasilərdən asandır. Bu dəstə tam qənaətdədr ki, güc hakimiyyətdədirsə ona ehtiraz faydasızdır. Qanunu istənilən şəklə sala biləcək, polis gücü ilə qorxu yaradacaq bir qüdrətlə mütləq dil tapılmalıdır. Bu acı durum siyasilərdən fərqli olaraq hər bir Azərbaycanlı ailə üçün məqbul və mümkündür.
Bu sinflərin hakimiyyətin idarəçiliyi altına düşən “razılaşma” tərəfləri kütlə mexanizminə də təsirsiz ötüşmür. Yavaş-yavaş kütlə bu baxışı yeganə çıxış yolu görür və etiraz etmə, haqqını tələb etmə, bir az da aydın söylənilərsə idarə edilmək deyil, müstəqil qərar vermək düşüncəsindən məyusluq yaşayır. Zaman onu da bu axımın qarşısına salaraq idarə olunan bir cəmiyyətin ayrılmaz hissəsi kimi istismar edir. Beləcə hüquqi forma alan rəsmiyyət və hüquqdan kənar güc ölkənin bütün mövcud durumunu hakimiyyətin idarəçiliyi altına gətirir. İtirilmə təhlükəsi və qazanılma sevinci ölkənin bütün təbəqələrinə bu və ya başqa cür təsir göstərdiyi halda hakimiyyətə qarşı mübarizədə ümidsizlik bu addımı bir az da sürətləndirərək onun diqtəsi altında idarə edilən bir dövlət formalaşdırır.
İncə bir məqam diqqətə alnmasa, bu mənzərə hakimiyyətin bütünlükdə ölkəni pəncələri ilə sıxaraq əzməsini söyləməyə əsas verir. Yalnız bir idarəçiliyə gəlməyən amma hakimiyətin illərdir yuxusuzluq və narahatlıq mənbəyi olaraq qalır. O, bunun qrşısını almaq üçün müxtəlif yollar düşünsə də, sonunda nətincə arzulananın əksidir.

MBH - Müsəlman Birliyi Hərəkatı
Təhlil Mərkəzi.