Siyasi məhbus siyahısında inanclılar - Məscid söküntüsü və hicab qadağası (7-ci hissə)
2010-1012-ci illəri əhatə edən növbəti dəfə gündəmi bir-birinə vuran hicaba qadağaya etiraz edən inanclıların geniş etiraz dalğası az qala bütün təhsil ocaqlarında uşaqların məktəbə başı bağlı gəlməsinə etiraza görə idi.
Təbii ki, bunlar təsadüfi sayıla bilməzdi. Sıravi vətəndaş çox gözəl anlayır ki, həyatının əhəmiyyətli yerini tutan inanclı üçün məscid hansı əhəmiyyətə malikdir. Bunu bütün xalqın məscidlərə ehtiramı fonundan baxdıqda məscidlərə qarşı sökülmə layihəsinin əslində tam fərqli bir siyasət üzündən rejimin icrasını anlayardı. Buna əlavə olaraq qeyrət, qadın, örtük və müstəqillikdən öncə belə xalqın örpək, çadra, hicab deyilən həssas bir nöqtəsinə toxunma cəhdlərinə reaksiya da eyniliklə təsadüf kimi addımlara əsaslanması gülünc olardı.
Etirazlar iki il ərzində 3 geniş aksiya şəklində ölkəni titrətdi. Həbs dalğası, işgəncə və fiziki zor isə bu hakimiyyətin əyninə ölçülən köhnə “enkevede” sistemi kimi inanclının məşəqqətinə çevrildi. Bütün bunlara bəlli reaksiya veriləcəyi ötən illərdə yaşanan hadisələr fonunda təxmin etmək mümkün idi. Belə olan halda rəsmən qanun birmənalı qadağalamadığı hicab mövzusu görəsən yenidən niyə hakimiyyətin gündəminə gəlməli idi ki? Axı reaksiyası bəlli bir məsələ hansı maraqla ortalığı qarışdırmalı idi ki, hakimiyyət bunu görmək üçün qadağa siyasətinə getsin?
Rejimin bu məsələdə maraqlı olduğu nöqtələri aşağıdakı kimi analiz etmək olar:
1. Azərbaycanda dini vəziyyəti tanıma. Burada əsasən ibadət ocaqları deyil, dindarların aktiv etiraz gücü, hansısa qanun qəbulunda kütləvi etirazlar, dini məhdudlaşdırılmağa yönəli qərarların qəbulunda (hansı ki, bu gün onların sayı olduqca çoxdur) qarşılaşacağı fikri tanıma.
2. İslamın etirazçı, üsyankar və dağıdıcı bir din olaraq göstərilmə siyasəti. Bu gün bu siyasət dünyanın media əlində olan anti islam ölkələrinin oynadığı oyunlar sırasında ən əsaslarıdır. Hakimiyyətə öz postunu möhkəmlətmək üçün Qərbə oynayacağı bu şou da ehtimallardandır. Qərb zatən İranın, şiə dövlətinin qurulmasından yaşadığı stress sırasına Azərbaycanda, İrana qonşu dövlətdə şiələrin aktivləşmə təhlükəsi də bu planlardan biri ola bilər.
3. Dinin kompakt, eyni sistem və bir ünvandan idarə olunan vahid xətdən birləşdirilməsi təhlükəsi. Bu məsələ də dünyanın diqqətində olan şiə etiqadına qarşı duyduğu diskriminasiyasıdır. Azərbaycan hakimiyyəti də eynilik nümayiş etdirən şiə konsepsiyasının birləşmək və birləşdirmək təhlükəsinin necə böyük təhlükəyə malik olduğuna diqqət çəkmək.
4. Ölkəyə sürətli inancın yayılması və getdikcə bunun ölkə üçün tam bir təsir gücünə malik olan əsas fiqura çevrilmə təhlükəsi. 2010-2020-ci illər ərzində Azərbaycanda Aşura məclislərinin yaratdığı əzəmət sözün əsil mənasında ölkə bu milyonları təmənnasız bir ünvana birləşdirmə gücünü ortaya qoyurdu ki, bu da hakimiyyətin qorxulu kabusları sırasında yer alma ehtimalı böyükdür.
5. Şiə əqidəsinin hakimiyyətin idarəçilk altına almaq cəhdinə rədd cavabı verməsi. İslam firqələri içində hakimiyyətin sültəsi altına düşməyən şiələrlə qəddar davranış nümayiş etdirən hakimiyyətlərin onlara qarşı amansız davranışlarına nümunə sonsuzdur. Buna ən ideal “Aşura” və bu hadisənin təsirini qəbul etməyən qəhrəmanlarıdır. Bu təfəkkür artıq 1400 ildir ki, eyni xətt üzərində davam edir ki, bu amil də səbəblərə daxil ola bilər.
Siyasi məhbus siyahısında inanclılar - Məscid söküntüsü və hicab qadağası (7-ci hissə)