Hakimiyyətin hədəfində olan növbəti İslam atributu
Zamanla İslam atributlarının hədəfə alınmasının sonda “şəhidlik” dəyərinə qədər yüksəlməsi təəssüf doğurur. Ölkədə dinə qarşı repressiv davranışlar rəsmi və ya qeyri-rəsmi şəkildə o qədər geniş yayılıb ki, artıq “din” anlayışı yalnız dinsizləşmiş bir ad olaraq diqqət çəkir. Ramazan günləri tamamlanmamış bayram qeyd olunması, Aşuranın tarixinin dəyişdirilməsi, qara bayraqların, kiçik dini simvolların arxa plana atılması fonunda ruhanilərin həbsi, inanclıların hələ də repressiya olunaraq azadlıqlarının məhdudlaşdırılması, həqiqi dini maariflə məşğul olan ilahiyyatçıların məscidlərdən uzaqlaşdırılması, İslam mediasının sərt senzura ilə üzləşməsi, dini libas – əmmamə və əbanın qadağan olunması (hansı ki, bu geyim İslam Peyğəmbərinə (s) məxsusdur), hicabın süni maneələrlə qarşılaşması və məscidlərin dağıdılması çoxsaylı səbəblərdən yalnız bir neçəsidir.
Aydındır ki, ölkədə “multikultural dəyər” adı altında bütün dinlərin, hətta bir çox ölkələrdə qadağan olunmuş xavaric yönümlü siyasi qrupların fəaliyyətinə belə geniş imkan yaradılıb. Həqiqi İslamdan uzaq olan bu cür yanaşmalar İslamın hədəfə alınmasında cəmiyyətə yumşaq keçid təlqin edərək insanları dinsiz bir “dinə” dəvət etməkdədir ki, bu da İslamın həqiqətindən çox uzaqdır.
Son dövrlərdə din və milli dəyərlər qarşı-qarşıya qoyularaq guya milliliyə üstünlük verilməsi iddia olunur. Halbuki, bu cür anti-İslam düşüncə ölkə həyatından İslamı sıxışdırıb çıxarmağa hesablanmış addımların tərkib hissəsidir. Təbii ki, inanclı bir xalqın həyatından inancı silib atmağın asan olmayacağını anlayan hakimiyyət bunu “milliləşmə siyasəti” adı altında qabardır və nəticədə həqiqətdə dinsizləşmiş bir cəmiyyət formalaşdırmaq istəyir.
Ölkədə “millilik təhlükəsi” isə əslində ailə institutlarından başlayaraq sürətlə dağıntılar törədən, efir məkanlarında təbliğ olunan pozğunluq, əyyaşlıq, əxlaqsızlıq, cinsi azğınlıq və digər bu kimi problemlər fonunda özünü göstərir. Belə bir zamanda hakimiyyətin İslamı hədəfə alaraq onu “milliləşdirmə” adı altında əzməyə çalışması ziddiyyətli və məntiqsiz yanaşmadır. Xalqın milli dəyərləri ilə üz-üzə qoyulan din əsrlər boyu bu xalqın milli adət-ənənələri ilə yanaşı addımlayıb və inkişafın mühüm amili olub. Lakin bu günün hakimiyyəti milliliyi dinin əksi kimi təqdim etməklə inancı məhv etməkdə israrlıdır.
Son günlərdə II Şəhidlər Xiyabanının adının dəyişdirilərək “Hərbi Memorial Məzarlıq” adlandırılması bunun növbəti sübutudur. Xalqın düşüncəsində “şəhidlik” anlayışı uca və ehtiramlı olduğu halda, onun başqa adla əvəzlənməsi hansı zərurətdən irəli gəlib? Xalqın böyük məhəbbətlə bağlı olduğu Şəhidlər xiyabanları bu adla müstəqilliyin bərpasından bu günə qədər xalqın öz seçimi ilə yaşadılıb. Birdən-birə bu adı dəyişməyə hansı ehtiyac vardı?
“Şəhid” sözü İslam terminidir və onun hədəfə alınması bəlli bir ssenarinin növbəti mərhələsindən başqa bir şey deyil. Bu isə hədəfin yenidən İslam olduğunu açıq şəkildə göstərir.