Hakimiyyətin son hazırlığı : AŞURA 4-cü hissə.

Sonrakı illərdə Aşuranın əsas mahiyyəti, onun cəmiyyətə verdiyi mativasiya hakimiyyətin bütünlükdə ölkənin idarəçiliyində tam söz sahibi olmaq niyyətinə maniəni müxtəlif dini problemlərdə özünü göstərə bildi. Hicaba qoyulan qadağa, “qanunsuz tikili” möhürü ilə sökülən bir neçə məscidə qarşı əsas etiraz Aşura məclislərində alovlanırdı. 2008-2013-cü illərdə ardıcıl bir neçə məscidin sökülməsi və hicaba qadağa ilə yaranan geniş etiraz aksiyaları məhz enerjinin mənbəyinə hədəflə susdurula bilərdi. Lakin necə? Bu praktiki olaraq qapalı bir məkanda tətbiq edilən sərt qadağa mexanizmi ilə sonrakı dövrlər daha geniş dairədə icra olunacaq bir addıma zəmin oldu. Beləcə ilk qadağa Naxçıvanda gerçəkləşdi. 2009-cu il dekabr ayında Aşura mərasimində baş qaldırılan haqsızlığa etiraz “Bənənyar hadisəsi”ni qaçılmaz etdi. Bənənyar hadisəsi bir neçə istiqamətdən baş verməli olan olay idi. İlk öncə bütünlükdə idarəçilik altında susdurulacaq cəmiyyət Naxçıvan üçün göz dağı olmalı idi. İkinci, bu dini inancın idarə olunan bir formaya salınması üçün icra edilirdi. Üçüncü, ən əsası, Aşura məclislərinin məhdudlaşdirilması layihəsinin nə dərəcədə prespektivli olub-olmaması Bənənyardakı məhvetmə əməliyyatına bağlı idi.
2009-cu il dekabr ayında Bənəniyarda Aşura mərasimləri keçirilərkən, polislə kənd sakinləri arasında insident yaşandı. Yerli hakimiyyət Naxçıvanda bu cür kütləvi mərasimlərin keçirilməsinə qadağa qoymuşdu. Polisin bir neçə bənəniyarlını həbs edib, işgəncə verməsi kənd sakinlərini qəzəbləndirməyə başladı. Bu səbəbdən kənddə fasiləsiz aksiyalar başladı. Bundan istifadə edən yerli hakimiyyət 2010-cu il yanvarın 5-də kəndə qoşun yeritdi və nəticədə haqsızlığa boyun əyməyən sakinlərdən amansızlıqla qisas alındı. Həmin gün yüzə yaxın kənd sakini kütləvi şəkildə saxlanılaraq, Böyükdüz təcridxanasına aparıldı. Hadisə nəticəsində üç nəfər həyatını itirdi. Saxlanılanlardan neçə-neçə şəxsə isə cinayət işi açıldı. İşin ən “uğurlu” tərəfi növbəti Aşura mərasimində özünü göstərə bildi. Hakimiyyət cəmiyyətin mənəvi ruhuna təsir edib onun haqsızlıq qarşısında barışmaz mövqe bəxş edən Aşura məclislərini burada qadağalaya bilmişdi.
İndi əsas məsələ bu qadağanı bütün Azərbaycana tətbiq etmək idi. Şübhəsiz bu qansız, savaşsız və həbssiz mümkün olmayacaqdı. Ən əsası isə Azərbaycan bütünlükdə qapalanmış Naxçıvan da deyildi. Ona görə bura çox incə araşdırılmalı idi. Aşura məclisləri iki əsas xətt üzərində baş tutur. Birinci xətt şübhəsiz məkana görə. Azərbaycanın elə nöqtələri var ki, buranın əhalisi kompakt və şiə inanclısı olduğu üçün burada diqqət məkan olaraq götürülməli idi. Necə ki, bu Bənənyarda gerçəkləşdi. İkinci isə Aşura məclislərinin təşkilatçısı olaraq cəmiyyətdə nüfuz qazanmış ruhanilərin varlığı diqqətdə olmalı idi. Bölgələr üçün Lənkəran, Gəncə, Mingəçevir, Bərdə və sair məkanlar Aşura məclislərinin xüsusi şövqlə keçirilməsi ilə seçilirdi. Şübhəsiz burada məkanla paralel oradakı nüfuzlu ruhanilər də diqqətdən yayınmamalı idi. Bakıya gəlincə Nardaranda baş tutan Aşura məclisi ərazi, lazimi şəraiti və əhalinin tam şiə olması baxımdan dəyərləndirilirdi. Mərkəzin özünə gəlincə isə Məşhəd Dadaş məscidində Hacı Şahinin auditoriyası, ardınca Yeni Günəşli Xanım Zəhra (s.ə) məscidi və nisbətən daha az say etibari ilə, Hacı Sahib, Hacı Ramil, Axund Azər, Hacı Ələmdar və sair ruhanilərin rəhbərlik etdiyi məscidlərin Aşura mərasimləri hakimiyyətin tam diqqətində idi.
Aydındır ki, bu məsələ mərkəzdən başlaya bilməzdi. Bunun başlıca səbəbi ümumi kütlədə qorxu hakimliyi əks səda doğuraraq mərkəzə gəlməli idi. Bir də, bölgələrdə Aşura mərasimləri ilə baş verəcək istənilən insident medianın mərkəzdən uzaq və şiəliyə qarşı qərəzli mətbuat əli ilə daha tez və rahat “vurula” bilərdi. Bunun mediaya açıq olamayan şiə ruhanilərinin vəziyyətə baxışı də əlavə olunarsa addım qarışıq və uzaq bölgələrdən başlamalı idi və başladıda.

 

4-cü hissənin sonu.