Bütün bunların mövzumuzla birbaşa əlaqəsi olan nöqtələr olaraq sadalanan müddəalar Azərbaycan gerçəkliyi üçün də keçərlidir. Ölkəmizdə son illər anti-İslam, Şiə əqidəsinə yönəli fikirlərin yer aldığı ortam əslində qorxu sindromu ilə qarşılaşan tərəflərin həyəcan təbilinə oxşuyur. (Bu arada yadıma Azər Qəriboğludan fəryad qoparan bir çağırış düşdü. O, Siyəzənin Axundu Hacı İmran adlı şəxsin şəklini əlinə alaraq üsyan edir ki, qoymayın bu şəxsin etdikləri ölkəmizin məhvinə aparacaq addımdır. İnsafı önə alıb qulaq asınca dəhşətli bir fikrin şahidi oldum. Azər deyir ki, Siyəzənin icra başçısı hara baxır ki, İmran Xudaverdiyev (İlahiyyatçı olan Hacı İmran) bir aylıq maaşını şəhid ailəsinə verir. Siz niyə bunun qarşısını almırsız? O kimdir ki, şəhid ailəsinə kömək etsin, və sair. Onun nədən narahat olduğunu başa düşmək üçün elə Azərdən bir az ağıllı olmaq yetərlidir ki, o bir ilahiyyatçının öz halal tikəsini, maaşını şəhid ailəsi ilə bölüşməsini başa düşsün. Əgər doğurdan da hansısa icra başçısına yönəli narhatlıq Azərin odunu (farsca azər od mənasınadır) artırırsa, olmazmı ki, o, icra binası önündə özünü yandıran qazilərin baxımsızlıq səbəbini göz önünə gətirsin? Təbii ki, səbəb bu deyil, Azərbaycan şiəsinin vətəni sevməməsi, onu kənar dövlətə satmaq kimi səbəblər uydurmağa çalışan bu kimi fərdlərin həqiqətlər önündə acizliyi nəticədə onları olduqca gülünc vəziyyətə qoyan durumdur)
Azərbaycanda şiəliyə yönəli addımlar arxasında dayanan səbəblər daxili və xarici olaraq iki hissəyə bölünür. Xarici səbəblər təkcə dinin siyasi güc olması kimi reallıqları həzm edə bilməməsi ilə deyil, eyni halda bu ölkənin qeyd edilən əxlaqi pozuntularına hesablanmış iqtisadi gəlirlərdə də narhatlıqlar yaradır. Ölkədə dinin narkomaniya əleyhinə ən potensial qoruma gücünə malik olması da təsadüfi seçilməyən narkotika şərləməsində qisas rolu olaraq icra edilir ki, bu da xarici iqtisadi dövriyyədir.
Daxili səbəblər sonsuzdur. Siz danışanlar, durmadan səbəb axtarmağa çalışanların iddialarını diqqətlə araşdırsanız dediklərimizə haqq qazandıracaqsınız. Bunlardan bəzilərinə diqqət çəkək:
1. Türkçülük; Çox zaman iddialılar bu düşüncədə İslamı hədəfə almağa çalışırlar. İdda budur ki, şiəlik fars mənşəlidir və türkçülük xəttinə ziddir. Əlbəttə, absurd iddia şiəliyin struktur baxımından idarəçilik həqiqətindən qorxuya görədir. Şah İsmayılın əsaslandığı dövlət idarəçiliyində şiəlik öz əlyazmalarında əks olunduğu kimi milli kimliklə təsbit olunmuş və 1918-ci ildə elan edilən Demokratik Respublikamızda da bu dinin əsaslarının yer aldığı qanun toplusu deyənləri təkzib edir. Bir də, axı ölkəmizdə çoxsaylı xalqların türk olmayan köklərə malik olması seperatizm əsasları ilə bu fikrin təhlükəli olmasına gətirib çıxarmaz ki? Biz Azərilərik və Azərilər Kürddən Tata, Talışdan çox millətli Azərbaycanın təməl əsaslarıdır. Onların şiəliyi məzhəb olaraq yüz illər öncə seçməsi isə bu millətin ruhuna yaxın birləşdirici, təcrübədən çıxan ortaq nöqtə olaraq göstərilən sadə həqiqətdir.
2. Millətçilik; Çox qorxulu sindrom olaraq millətçilik düşüncəsi milli düşüncədən fəqlənməklə onu ümmətçilik prinsipinə alternativ göstərmək də çox sadalanan fikirlərdəndir. Millətçilik-nasionalizm zamanla ən parlaq dövrünü Almaniyanın millətçi hərəkatında yaşadı və 60 milyon insanı müharibə sevdasına qurban verməklə də elə oradaca bitdi. Bu gün "millətçilik sonunda Azərbaycanı bütün dünya ölkələrinə düşmən edər" deyə, bu fikir də əsla qəbul edilən deyil. Ümmətçilik əsası isə praktiki olaraq milyard yarım müsəlmanın varlığında təcəssüm olunur ki, bunu qəbul etməmək sadəcə gerizəkalılıqdır. Bu gün anti-islam düşüncəsinin nəşət tapdığı qorxu da məhz bu məntiqə əsaslanır. Siyasi vasitə olan millətçilik düşüncəsi bu gün düşmən əlində olan ən ideal vasitədir ki, ölkələrdə qarışıqlıq yaratsın.
Müxtəlif ölkələrin təxribat səbəbi olan millətçilik düşüncələrini tərkisilah edəcək yeganə güc İslamdır. İslam millətləri millətçilik düşüncəsindən ümmətçilik məntiqinə dəvət edərək, kənar təsirlərin dağıdıcılıq ünsüründən qoruyur. Məhz böyük güclərin qorxusuna səbəb olan birləşdiricilik gücünə malik İslamın hədəfə alması da xüsusi olaraq onların qurduğu böyük planların ifşası üçündür.
Milli düşüncənin millətçilik məfhumu ilə qarışıq düşməməsi üçün Quranın təqdir etdiyi “biz xalqıları millətlərə böldük” ayəsi milli məfhumun İslama görə ehtiram edilməli olduğuna nümunədir. Bundan əlavə, çoxsaylı hədislər hər bir millətin milli dəyərlərinə hörməti ifadə edir. Lakin bu, əsla millətçilik düşüncəsi demək deyil.
3. Şiəliyin İrana bağlanılması: Bu cəhdlər zamanla o qədər çox hallanaraq cavablandırılıb ki, burada eyni cavabların qeydinə əsla lüzum yoxdur. Şiəliyin tarixi keçmişi haqqında yetərli hədislər və əhatəli ədəbiyyatlar mövcuddur. Bunu, güya İmam Hüseynin (ə) fars hökmüdarının qızını almasından sonra meydana gəlməsi iddiaçılarına İmam Hüseyndən (ə) qabaq olan imamların mövcudluğunu söyləmək yetərlidir.
Əslində İrana şiəliyi bağlamaq daha çox ölkədə şiəliyi məhdudlaşdırmağa hesablanmış və düşünülmüş layihədir. Bu, xarici və daxili güclərin birlikdə həyata keçirdikləri siyasi şouda aydın bir reallıq özünü göstərir ki, bu da tərəflərin birbaşa şiəliyə qarşı mübarizədə acizlikləridir. Dünyada şiəliyin güc və qüdrəti, təsir dairəsini müşahidə edən və bununlada qorxuya düşən siyasi oyunbazların birbaşa şiəliyə qarşı mübarizə apara bilməyəcəkləri bəllidir. Belə olan halda artıq on illiklərdir ki, dünyanın müxtəlif ölkələrində praktika olunan “şiəsənsə İranın təsirindəsən” mexanizmi işə salınır. Hədəf şübhəsiz İran yox, şiəlikdir. Lakin şiəliyin gözdən salınması, ona hansısa zərbənin endirilməsi əsrlərdir ki, faktiki olaraq məğlubiyyətə uğradığından düşmənlərin bunu İrana nisbət verməsi məhdudlaşdırma siyasətinin görünməyən tərəfidir. Belə olan halda insanlara millətçilik damarı basılmaqla İranda neqativ görünəcək hər şey qabardılaraq Şiəliyə məhdud baryer bu məsələdə əsas plan olaraq icra ediləcək.
Bu model qeyd edildiyi kimi şiələrin kompakt yaşadığı İraq, Bəhreyn, Yəmən və Livanda dəfələrlə praktika olunub. Hətta elə bir zaman yaranıb ki, Livanda bu qızışdırma vətəndaş müharibəsi səviyyəsinə qədər yüksəlib. Hal-hazırda Azərbaycanda anti-şiə qüvvələri, hakimiyyət daxil bu siyasətlə məşğul olaraq güya İranı hədəfə almış kimi şou oynasalar da, həqiqətdə bu, şiəliyə yönələn təxribat addımından başqa bir şey deyil.
4. Dinin gerilik əlamətləri iddiası: Zamala mübarizə taktikası olan dinin cəhalət və geridəqalma siyasəti çoxdan tarixin səhifələrinə qovuşub. Uzaq deyil, elə ölkəmizə, Azərbaycanımıza baxanda nə qədər inanclının elmi nailiyyətləri, ali təhsil ocaqlarında uğuru, idman da daxil bir çox sahələrdə ali imzası bütün bunların məğlubiyyətinə sadə nümunədir. Dünya səviyyəsində İslamın və inanclıların geridəqalmasını göstərməyə çalışan Qərb isə bu gün elm və gücün vəhdətində dünyanın mövcud durumunun İslam tərəfindən necə mükəmməlliklə dəyişdirilməsini müşahidə etməsi isə bunun beynəlxalq səviyyədə İslamın hansı nümufuza malik olduğunu göstərir. Etiraf etmək yerinə düşərdi ki, dünyanın sabahı artıq real olaraq müsəlmanların varlığından kənar təsəvvür olunmaması dünyanın qəbul etdiyi həqiqətlərdəndir.
Hədəf İslamdır 7-ci hissə Şiəlik əleyhinə ssenari
Bütün bunların mövzumuzla birbaşa əlaqəsi olan nöqtələr olaraq sadalanan müddəalar Azərbaycan gerçəkliyi üçün də keçərlidir. Ölkəmizdə son illər anti-İslam, Şiə əqidəsinə yönəli fikirlərin yer aldığı ortam əslində qorxu sindromu ilə qarşılaşan tərəflərin həyəcan təbilinə oxşuyur. (Bu arada yadıma Azər Qəriboğludan fəryad qoparan bir çağırış düşdü. O, Siyəzənin Axundu Hacı İmran adlı şəxsin şəklini əlinə alaraq üsyan edir ki, qoymayın bu şəxsin etdikləri ölkəmizin məhvinə aparacaq addımdır. İnsafı önə alıb qulaq asınca dəhşətli bir fikrin şahidi oldum. Azər deyir ki, Siyəzənin icra başçısı hara baxır ki, İmran Xudaverdiyev (İlahiyyatçı olan Hacı İmran) bir aylıq maaşını şəhid ailəsinə verir. Siz niyə bunun qarşısını almırsız? O kimdir ki, şəhid ailəsinə kömək etsin, və sair. Onun nədən narahat olduğunu başa düşmək üçün elə Azərdən bir az ağıllı olmaq yetərlidir ki, o bir ilahiyyatçının öz halal tikəsini, maaşını şəhid ailəsi ilə bölüşməsini başa düşsün. Əgər doğurdan da hansısa icra başçısına yönəli narhatlıq Azərin odunu (farsca azər od mənasınadır) artırırsa, olmazmı ki, o, icra binası önündə özünü yandıran qazilərin baxımsızlıq səbəbini göz önünə gətirsin?
Təbii ki, səbəb bu deyil, Azərbaycan şiəsinin vətəni sevməməsi, onu kənar dövlətə satmaq kimi səbəblər uydurmağa çalışan bu kimi fərdlərin həqiqətlər önündə acizliyi nəticədə onları olduqca gülünc vəziyyətə qoyan durumdur)
Azərbaycanda şiəliyə yönəli addımlar arxasında dayanan səbəblər daxili və xarici olaraq iki hissəyə bölünür. Xarici səbəblər təkcə dinin siyasi güc olması kimi reallıqları həzm edə bilməməsi ilə deyil, eyni halda bu ölkənin qeyd edilən əxlaqi pozuntularına hesablanmış iqtisadi gəlirlərdə də narhatlıqlar yaradır. Ölkədə dinin narkomaniya əleyhinə ən potensial qoruma gücünə malik olması da təsadüfi seçilməyən narkotika şərləməsində qisas rolu olaraq icra edilir ki, bu da xarici iqtisadi dövriyyədir.
Daxili səbəblər sonsuzdur. Siz danışanlar, durmadan səbəb axtarmağa çalışanların iddialarını diqqətlə araşdırsanız dediklərimizə haqq qazandıracaqsınız. Bunlardan bəzilərinə diqqət çəkək:
1. Türkçülük;
Çox zaman iddialılar bu düşüncədə İslamı hədəfə almağa çalışırlar. İdda budur ki, şiəlik fars mənşəlidir və türkçülük xəttinə ziddir.
Əlbəttə, absurd iddia şiəliyin struktur baxımından idarəçilik həqiqətindən qorxuya görədir. Şah İsmayılın əsaslandığı dövlət idarəçiliyində şiəlik öz əlyazmalarında əks olunduğu kimi milli kimliklə təsbit olunmuş və 1918-ci ildə elan edilən Demokratik Respublikamızda da bu dinin əsaslarının yer aldığı qanun toplusu deyənləri təkzib edir. Bir də, axı ölkəmizdə çoxsaylı xalqların türk olmayan köklərə malik olması seperatizm əsasları ilə bu fikrin təhlükəli olmasına gətirib çıxarmaz ki? Biz Azərilərik və Azərilər Kürddən Tata, Talışdan çox millətli Azərbaycanın təməl əsaslarıdır. Onların şiəliyi məzhəb olaraq yüz illər öncə seçməsi isə bu millətin ruhuna yaxın birləşdirici, təcrübədən çıxan ortaq nöqtə olaraq göstərilən sadə həqiqətdir.
2. Millətçilik;
Çox qorxulu sindrom olaraq millətçilik düşüncəsi milli düşüncədən fəqlənməklə onu ümmətçilik prinsipinə alternativ göstərmək də çox sadalanan fikirlərdəndir. Millətçilik-nasionalizm zamanla ən parlaq dövrünü Almaniyanın millətçi hərəkatında yaşadı və 60 milyon insanı müharibə sevdasına qurban verməklə də elə oradaca bitdi. Bu gün "millətçilik sonunda Azərbaycanı bütün dünya ölkələrinə düşmən edər" deyə, bu fikir də əsla qəbul edilən deyil. Ümmətçilik əsası isə praktiki olaraq milyard yarım müsəlmanın varlığında təcəssüm olunur ki, bunu qəbul etməmək sadəcə gerizəkalılıqdır. Bu gün anti-islam düşüncəsinin nəşət tapdığı qorxu da məhz bu məntiqə əsaslanır. Siyasi vasitə olan millətçilik düşüncəsi bu gün düşmən əlində olan ən ideal vasitədir ki, ölkələrdə qarışıqlıq yaratsın.
Müxtəlif ölkələrin təxribat səbəbi olan millətçilik düşüncələrini tərkisilah edəcək yeganə güc İslamdır. İslam millətləri millətçilik düşüncəsindən ümmətçilik məntiqinə dəvət edərək, kənar təsirlərin dağıdıcılıq ünsüründən qoruyur. Məhz böyük güclərin qorxusuna səbəb olan birləşdiricilik gücünə malik İslamın hədəfə alması da xüsusi olaraq onların qurduğu böyük planların ifşası üçündür.
Milli düşüncənin millətçilik məfhumu ilə qarışıq düşməməsi üçün Quranın təqdir etdiyi “biz xalqıları millətlərə böldük” ayəsi milli məfhumun İslama görə ehtiram edilməli olduğuna nümunədir. Bundan əlavə, çoxsaylı hədislər hər bir millətin milli dəyərlərinə hörməti ifadə edir. Lakin bu, əsla millətçilik düşüncəsi demək deyil.
3. Şiəliyin İrana bağlanılması:
Bu cəhdlər zamanla o qədər çox hallanaraq cavablandırılıb ki, burada eyni cavabların qeydinə əsla lüzum yoxdur. Şiəliyin tarixi keçmişi haqqında yetərli hədislər və əhatəli ədəbiyyatlar mövcuddur. Bunu, güya İmam Hüseynin (ə) fars hökmüdarının qızını almasından sonra meydana gəlməsi iddiaçılarına İmam Hüseyndən (ə) qabaq olan imamların mövcudluğunu söyləmək yetərlidir.
Əslində İrana şiəliyi bağlamaq daha çox ölkədə şiəliyi məhdudlaşdırmağa hesablanmış və düşünülmüş layihədir. Bu, xarici və daxili güclərin birlikdə həyata keçirdikləri siyasi şouda aydın bir reallıq özünü göstərir ki, bu da tərəflərin birbaşa şiəliyə qarşı mübarizədə acizlikləridir. Dünyada şiəliyin güc və qüdrəti, təsir dairəsini müşahidə edən və bununlada qorxuya düşən siyasi oyunbazların birbaşa şiəliyə qarşı mübarizə apara bilməyəcəkləri bəllidir. Belə olan halda artıq on illiklərdir ki, dünyanın müxtəlif ölkələrində praktika olunan “şiəsənsə İranın təsirindəsən” mexanizmi işə salınır. Hədəf şübhəsiz İran yox, şiəlikdir. Lakin şiəliyin gözdən salınması, ona hansısa zərbənin endirilməsi əsrlərdir ki, faktiki olaraq məğlubiyyətə uğradığından düşmənlərin bunu İrana nisbət verməsi məhdudlaşdırma siyasətinin görünməyən tərəfidir. Belə olan halda insanlara millətçilik damarı basılmaqla İranda neqativ görünəcək hər şey qabardılaraq Şiəliyə məhdud baryer bu məsələdə əsas plan olaraq icra ediləcək.
Bu model qeyd edildiyi kimi şiələrin kompakt yaşadığı İraq, Bəhreyn, Yəmən və Livanda dəfələrlə praktika olunub. Hətta elə bir zaman yaranıb ki, Livanda bu qızışdırma vətəndaş müharibəsi səviyyəsinə qədər yüksəlib. Hal-hazırda Azərbaycanda anti-şiə qüvvələri, hakimiyyət daxil bu siyasətlə məşğul olaraq güya İranı hədəfə almış kimi şou oynasalar da, həqiqətdə bu, şiəliyə yönələn təxribat addımından başqa bir şey deyil.
4. Dinin gerilik əlamətləri iddiası:
Zamala mübarizə taktikası olan dinin cəhalət və geridəqalma siyasəti çoxdan tarixin səhifələrinə qovuşub. Uzaq deyil, elə ölkəmizə, Azərbaycanımıza baxanda nə qədər inanclının elmi nailiyyətləri, ali təhsil ocaqlarında uğuru, idman da daxil bir çox sahələrdə ali imzası bütün bunların məğlubiyyətinə sadə nümunədir. Dünya səviyyəsində İslamın və inanclıların geridəqalmasını göstərməyə çalışan Qərb isə bu gün elm və gücün vəhdətində dünyanın mövcud durumunun İslam tərəfindən necə mükəmməlliklə dəyişdirilməsini müşahidə etməsi isə bunun beynəlxalq səviyyədə İslamın hansı nümufuza malik olduğunu göstərir. Etiraf etmək yerinə düşərdi ki, dünyanın sabahı artıq real olaraq müsəlmanların varlığından kənar təsəvvür olunmaması dünyanın qəbul etdiyi həqiqətlərdəndir.
Ardı var...