İnanclıların “İran cəsusu” adı altında həbsləri. İran-Azərbaycan münasibətlərinin gərginliyi fonunda necə deyərlər “bir gülləyə iki dovşan” vurmağa bənzəyirdi. Hakimiyyət həm iki dövlət arasında planlaşdırılmış münasibətlərin arzuolunmaz həddə qədər qaldırılmasına nail olduğu halda, mediada İran ünvanına hər növ mənfi təbliğatı apararaq Aşura mərasimlərinə qarşı maniə sayılan inanclıları “İran cəsusu” adı altında həbs etmiş olacaqdı. Bunun üçün o, çox da böyük enerji sərf etmiş olmayacaqdı. Dövlət Təhlükəsizlik Xidmətinin nəzarəti altında fəaliyyət göstərən bir neçə sosial səhifə və saytlar yetərli idi ki, hakimiyyətin bu missiyasını üçüncülərin əli ilə çox incə icra etmiş olsun. Bu işdə onların işinə yarayan, artıq bir neçə ildir İranda yaşayan Azərbaycan vətəndaşlarının “Kərimə Dövlət” qurmaq adlı səslənən fikirləri də istifadə edildi. Beləcə şəhidlərin ildönümünün sürdüyü 2022-ci ilin yayına qədər uzanan bir zaman hakimiyyəti hərəkətə keçirdi. Ruhanilərin məscidlərdən uzaqlaşdırılmasına start verilən layihə, paralel etirazları da sərt formada susdurmalı idi. Unutmaq olmazdı ki, bu dəfə Aşura mühafizləri ilə yanaşı ruhanilər də tərəfdar olaraq etiraz göstərə bilərdilər. Unutmayaq ki, şəhidlərin dəfn mərasimləri inanclıların Aşura şövqünə bir təkan olaraq yaşanmışdı. Bunun üçün həbs dalğası ötən illərdən daha geniş, daha sərt olmalı idi. Əlbəttə bu işdə hakimiyyət ittihamlara məruz qalmaması üçün düşünülən cəsus oyunu arzulanan nəticəni verməli idi. İran cəsusu ilk başdan tənəzzülə uğramış bir addım idi. Bu layihə ilə bağlı bircə bunu söyləmək kifayət idi ki, həbs sayı bir neçə yüzü ötən inanclılara qarşı ittiham xalqın gözündən pərdə asmaq üçün “İran cəsusu” adı altında medianı dolaşırdı. Lakin rəsmi ittihamlarda istisnasız hər bir saxlanılan şəxs narkotik ittihamı ilə şübhəli bilinirdi. Hakimiyyətə yaxın medianın yalançı ittihamı əlbəttə ki, hakimiyyətin planlı layihəsi əsasında icra olunurdu. Ona görə də saxlanılan şəxslərin ailələrinin kütləvi etirazlarına baxmayaraq media onları “İran cəsusu”, məhkəmə isə narkotik ittihamçısı olaraq tanıdı. Qeyd etdiyimiz kimi hakimiyyət bununla özünün Aşura qurbanlarına yalançı ittihamla təmizləmə oyununa haqlılıq donu geyindirmiş olurdu. Lakin bütün bunlar bir problemi həll etmirdi,rejim üçün də maniəyə çevirməyə bilmədi. Elə bir maniə ki, ona nə İran cəsusu adı yaraşırdı, nə də o ruhanini məsciddən uzaqlaşdırmaq o qədər də rahat başa gəlməyəcəkdi. Bu mərhum ruhani Hacı Şahin Həsənli və onun təmsil etdiyi Məşhəd Dadaş məscidi idi. Hacı Şahin Azərbaycanda Aşura məclislərinin şövqlü qeyd olunduğu ən əzəmətli məscidin başçısıdır. Hər kəs Hacının vətənpərvər, milli ruhda bir inanca sahib olduğunu bilir. Heç təsadüfi deyil ki, bütün dövlətin dinlə bağlı layihələrində Hacı Şahin həmişə öndə durub. İndi birdən birə Hacı Şahin və Aşura mərasimləri ilə bağlı addımlar necə icra edilməli idi ki, həm Hacı Şahin məsciddən uzaqlaşdırılsın, hə də bu məsciddən Aşura məclisləri yığılsın. Birmənalıdır ki, burada “İran cəsusu” iddiası özünü doğruultmayacaqdı. Hətta Hacının öldürülməsindən bir neçə ay öncə belə bir cəhdlər mediada görünsə də, uğur qazana bilmirdi. İkinci məsələ Hacı Şahin həmişə xalqın içində olan azsaylı ruhanilərdən idi ki, onu məsciddən uzaqlaşdırmaq özü böyük səs-küyə, qurulan planların ifşasına yol aça bilərdi. Buna görə Hacı Şahin haqqında mümkün olan addım yalnız onun öldürülməsi ola bilərdi. Bu Bakının mərkəzində canlı Aşura məkanına zərbə üçün tək mümkün yol görünürdü. 2023-cü ilin mart ayı ömrünü Aşura təbliğatına səfərbər etmiş böyük ustad, alim Hacı Şahin Həsənli “Aşura”nı susdurma planına müvafiq olaraq şəhid edildi.
Hakimiyyətin son hazırlığı : AŞURA. 7-ci hissə.
İnanclıların “İran cəsusu” adı altında həbsləri. İran-Azərbaycan münasibətlərinin gərginliyi fonunda necə deyərlər “bir gülləyə iki dovşan” vurmağa bənzəyirdi. Hakimiyyət həm iki dövlət arasında planlaşdırılmış münasibətlərin arzuolunmaz həddə qədər qaldırılmasına nail olduğu halda, mediada İran ünvanına hər növ mənfi təbliğatı apararaq Aşura mərasimlərinə qarşı maniə sayılan inanclıları “İran cəsusu” adı altında həbs etmiş olacaqdı. Bunun üçün o, çox da böyük enerji sərf etmiş olmayacaqdı. Dövlət Təhlükəsizlik Xidmətinin nəzarəti altında fəaliyyət göstərən bir neçə sosial səhifə və saytlar yetərli idi ki, hakimiyyətin bu missiyasını üçüncülərin əli ilə çox incə icra etmiş olsun. Bu işdə onların işinə yarayan, artıq bir neçə ildir İranda yaşayan Azərbaycan vətəndaşlarının “Kərimə Dövlət” qurmaq adlı səslənən fikirləri də istifadə edildi.
Beləcə şəhidlərin ildönümünün sürdüyü 2022-ci ilin yayına qədər uzanan bir zaman hakimiyyəti hərəkətə keçirdi. Ruhanilərin məscidlərdən uzaqlaşdırılmasına start verilən layihə, paralel etirazları da sərt formada susdurmalı idi. Unutmaq olmazdı ki, bu dəfə Aşura mühafizləri ilə yanaşı ruhanilər də tərəfdar olaraq etiraz göstərə bilərdilər. Unutmayaq ki, şəhidlərin dəfn mərasimləri inanclıların Aşura şövqünə bir təkan olaraq yaşanmışdı. Bunun üçün həbs dalğası ötən illərdən daha geniş, daha sərt olmalı idi. Əlbəttə bu işdə hakimiyyət ittihamlara məruz qalmaması üçün düşünülən cəsus oyunu arzulanan nəticəni verməli idi.
İran cəsusu ilk başdan tənəzzülə uğramış bir addım idi. Bu layihə ilə bağlı bircə bunu söyləmək kifayət idi ki, həbs sayı bir neçə yüzü ötən inanclılara qarşı ittiham xalqın gözündən pərdə asmaq üçün “İran cəsusu” adı altında medianı dolaşırdı. Lakin rəsmi ittihamlarda istisnasız hər bir saxlanılan şəxs narkotik ittihamı ilə şübhəli bilinirdi. Hakimiyyətə yaxın medianın yalançı ittihamı əlbəttə ki, hakimiyyətin planlı layihəsi əsasında icra olunurdu. Ona görə də saxlanılan şəxslərin ailələrinin kütləvi etirazlarına baxmayaraq media onları “İran cəsusu”, məhkəmə isə narkotik ittihamçısı olaraq tanıdı. Qeyd etdiyimiz kimi hakimiyyət bununla özünün Aşura qurbanlarına yalançı ittihamla təmizləmə oyununa haqlılıq donu geyindirmiş olurdu.
Lakin bütün bunlar bir problemi həll etmirdi,rejim üçün də maniəyə çevirməyə bilmədi. Elə bir maniə ki, ona nə İran cəsusu adı yaraşırdı, nə də o ruhanini məsciddən uzaqlaşdırmaq o qədər də rahat başa gəlməyəcəkdi. Bu mərhum ruhani Hacı Şahin Həsənli və onun təmsil etdiyi Məşhəd Dadaş məscidi idi. Hacı Şahin Azərbaycanda Aşura məclislərinin şövqlü qeyd olunduğu ən əzəmətli məscidin başçısıdır. Hər kəs Hacının vətənpərvər, milli ruhda bir inanca sahib olduğunu bilir. Heç təsadüfi deyil ki, bütün dövlətin dinlə bağlı layihələrində Hacı Şahin həmişə öndə durub. İndi birdən birə Hacı Şahin və Aşura mərasimləri ilə bağlı addımlar necə icra edilməli idi ki, həm Hacı Şahin məsciddən uzaqlaşdırılsın, hə də bu məsciddən Aşura məclisləri yığılsın. Birmənalıdır ki, burada “İran cəsusu” iddiası özünü doğruultmayacaqdı. Hətta Hacının öldürülməsindən bir neçə ay öncə belə bir cəhdlər mediada görünsə də, uğur qazana bilmirdi. İkinci məsələ Hacı Şahin həmişə xalqın içində olan azsaylı ruhanilərdən idi ki, onu məsciddən uzaqlaşdırmaq özü böyük səs-küyə, qurulan planların ifşasına yol aça bilərdi. Buna görə Hacı Şahin haqqında mümkün olan addım yalnız onun öldürülməsi ola bilərdi. Bu Bakının mərkəzində canlı Aşura məkanına zərbə üçün tək mümkün yol görünürdü.
2023-cü ilin mart ayı ömrünü Aşura təbliğatına səfərbər etmiş böyük ustad, alim Hacı Şahin Həsənli “Aşura”nı susdurma planına müvafiq olaraq şəhid edildi.
7-ci hissənin sonu