Gəncə hadisəsi hakimiyyətin çox sürətli qərar verməsi səbəbindən kobud səhvlərin aşkar nümayişi ilə yadda qaldı. Hətta Aşura mühafizlərinin cənazələri belə ailələrinə verilmədən gizlin dəfn olunması bu işdə üzə çıxılması istənilməyən bir çox dəhşətli işgəncələrin gizlədilmə səbəbi ilə gerçəkləşdi. Səhvin başlıca amili isə Aşura ərəfəsinə hazırlanmış təmizləmə planını Yunis Səfərovun pozması idi. Məsciddə Allahın belə aşağılanmasını aşkar nümayiş etdirən o zamanın icra başçısı Elmar Vəliyevin Yunis Səfərov tərəfindən vurulması hakimiyyətə bu fürsətdən maksimum yararlanma şansı yaratdı. Ona görə də bir həftə ərzində hazırlanan “Gəncə qətliamı” düşünülməyən səhvlərə yol açdı. Elə səhvlər ki, hakimiyyəti bundan sonra dindarı dini inancına görə həbs edə bilməyəcək bir vəziyyətlə üzləşdirəcəkdi. Gəncə hadisəsi ikisi polis olmaqla 8 nəfərin (hətta daha böyük say ehtimal edənlər də var) öldürülməsi, yüzlərlə Gəncə sakininin həbsi ilə beş ay boyunca Gəncə daxili və xarici olaraq inanclıların represiyas, həbsi və işgəncələri ilə yadda qaldı. Bu hadisə Aşura ilə bağlı sonuncu aktiv məkanın vurulması da sayıla bilərdi. 2018-ci il Gəncə də daxil olmaqla Azərbaycanda baş tutan yürüşsüz Aşura bu işin arzulanan nəticə verdiyinə real nümunə idi. 2019-cu ilin Aşura mərasimləri artıq məkana görə deyil, şəxslərin böyük audtoriyaya malik dini düşüncənin aşıladığı məkanları diqqətə gətirdi. İndi qarşıda əsas məqsəd bu camiələri, Aşuranı öz ecazkar nitqləri ilə sevdirən ruhaniləri bu məkanlardan nəyin bahasına olursa olsun uzaqlaşdırmaq planı idi. Lakin bu plana ağlagəlməz zərbə nəinki ruhanilərin bu məkanlardan uzaqlaşdırması, əksinə qadağalanan Aşuranın bütün ruhu ilə cəmiyyətə qayıtmasına səbəb oldu. 2020-ci ilin məlum 27 sentyabr, Qarabağda müharibənin başlaması, inanca ehtiyacı daha qabarıq olaraq gündəmə gətirdi. Ən həssas məqam isə hər şəhidin ailəsinə qayıtması ilə yaranan bir Aşura idi. Bütün bunlar hər bir addımla qadağalansa da, lakin nəticə etibari ilə “Ya Hüseyn” fəryadı hər şəhidin dəfni ilə yeni bir Aşura mərasimlərini formalaşdırdı. Ardınca qurulan əza məclisləri pandemiya bəhanəsi ilə inanclıların məscidlərə belə buraxılmayan Məhərrəm məclislərini şəhid evlərinə gətirdi. Bu görüntü həqiqətən də əzəmətli idi. Bir neçə ay ərzində 3.000-dəfə Aşura məclisləri və Aşura yürüşləri şəhidlərin pak qanı ilə yenidən Azərbaycan xalqının varlığına qayıtdı. İndi qarşıda bir yox iki vəzifəni hakimiyyət müəyyən edirdi. Şəhidlərin Aşura yürüşlərinin yaratdığı şövqü söndürmək, hansı ki, bu çox da asan başa gəlməyəcəkdi. Bu günün dindarını 2018-ci ilin Gəncə inanclısı kimi cinayətkar damğası ilə əzmək, mövcud səhnədən sonra çox çətin olacaq. Əgər inanclısında dini şövq söndürülməzsə Aşura baxımından qadağa layihəsi növbəti dəfə effeksizliyə uğraya bilərdi. Bir daha Gəncə kimi kütləviləşən yürüşlər isə bütün illərin aparılan fəaliyyətini sıfıra endirəcəyi şübhəsizdir. Bunun üçün hər iki iş paralel görülməli idi, həm nüfuzlu ruhanilər fəaliyyət göstərdikləri məkanlardan uzaqlaşdırılmalı, həm də inanclıların kütləvi əzilməsi ilə bu iş həmişəlik qapanmalı idi. Lakin bu dəfə inanclı elə bir adla əzilməli idi ki, xalqın bu işdə hakimiyyətin addımında mənfi deyil, haqlı bir dəstək nümayiş etdirsin. Bəs bu addım hansı ad altında icra edilməli idi? Hakimiyyət bunu çoxdan planlaşdırılan layihələr sırasında ən idealını seçməklə icrasına başladı: İran cəsusu!
Hakimiyyətin son hazırlığı : AŞURA 6-cı hissə.
Gəncə hadisəsi hakimiyyətin çox sürətli qərar verməsi səbəbindən kobud səhvlərin aşkar nümayişi ilə yadda qaldı. Hətta Aşura mühafizlərinin cənazələri belə ailələrinə verilmədən gizlin dəfn olunması bu işdə üzə çıxılması istənilməyən bir çox dəhşətli işgəncələrin gizlədilmə səbəbi ilə gerçəkləşdi. Səhvin başlıca amili isə Aşura ərəfəsinə hazırlanmış təmizləmə planını Yunis Səfərovun pozması idi. Məsciddə Allahın belə aşağılanmasını aşkar nümayiş etdirən o zamanın icra başçısı Elmar Vəliyevin Yunis Səfərov tərəfindən vurulması hakimiyyətə bu fürsətdən maksimum yararlanma şansı yaratdı. Ona görə də bir həftə ərzində hazırlanan “Gəncə qətliamı” düşünülməyən səhvlərə yol açdı. Elə səhvlər ki, hakimiyyəti bundan sonra dindarı dini inancına görə həbs edə bilməyəcək bir vəziyyətlə üzləşdirəcəkdi.
Gəncə hadisəsi ikisi polis olmaqla 8 nəfərin (hətta daha böyük say ehtimal edənlər də var) öldürülməsi, yüzlərlə Gəncə sakininin həbsi ilə beş ay boyunca Gəncə daxili və xarici olaraq inanclıların represiyas, həbsi və işgəncələri ilə yadda qaldı. Bu hadisə Aşura ilə bağlı sonuncu aktiv məkanın vurulması da sayıla bilərdi. 2018-ci il Gəncə də daxil olmaqla Azərbaycanda baş tutan yürüşsüz Aşura bu işin arzulanan nəticə verdiyinə real nümunə idi.
2019-cu ilin Aşura mərasimləri artıq məkana görə deyil, şəxslərin böyük audtoriyaya malik dini düşüncənin aşıladığı məkanları diqqətə gətirdi. İndi qarşıda əsas məqsəd bu camiələri, Aşuranı öz ecazkar nitqləri ilə sevdirən ruhaniləri bu məkanlardan nəyin bahasına olursa olsun uzaqlaşdırmaq planı idi. Lakin bu plana ağlagəlməz zərbə nəinki ruhanilərin bu məkanlardan uzaqlaşdırması, əksinə qadağalanan Aşuranın bütün ruhu ilə cəmiyyətə qayıtmasına səbəb oldu.
2020-ci ilin məlum 27 sentyabr, Qarabağda müharibənin başlaması, inanca ehtiyacı daha qabarıq olaraq gündəmə gətirdi. Ən həssas məqam isə hər şəhidin ailəsinə qayıtması ilə yaranan bir Aşura idi. Bütün bunlar hər bir addımla qadağalansa da, lakin nəticə etibari ilə “Ya Hüseyn” fəryadı hər şəhidin dəfni ilə yeni bir Aşura mərasimlərini formalaşdırdı. Ardınca qurulan əza məclisləri pandemiya bəhanəsi ilə inanclıların məscidlərə belə buraxılmayan Məhərrəm məclislərini şəhid evlərinə gətirdi. Bu görüntü həqiqətən də əzəmətli idi. Bir neçə ay ərzində 3.000-dəfə Aşura məclisləri və Aşura yürüşləri şəhidlərin pak qanı ilə yenidən Azərbaycan xalqının varlığına qayıtdı.
İndi qarşıda bir yox iki vəzifəni hakimiyyət müəyyən edirdi. Şəhidlərin Aşura yürüşlərinin yaratdığı şövqü söndürmək, hansı ki, bu çox da asan başa gəlməyəcəkdi. Bu günün dindarını 2018-ci ilin Gəncə inanclısı kimi cinayətkar damğası ilə əzmək, mövcud səhnədən sonra çox çətin olacaq. Əgər inanclısında dini şövq söndürülməzsə Aşura baxımından qadağa layihəsi növbəti dəfə effeksizliyə uğraya bilərdi. Bir daha Gəncə kimi kütləviləşən yürüşlər isə bütün illərin aparılan fəaliyyətini sıfıra endirəcəyi şübhəsizdir. Bunun üçün hər iki iş paralel görülməli idi, həm nüfuzlu ruhanilər fəaliyyət göstərdikləri məkanlardan uzaqlaşdırılmalı, həm də inanclıların kütləvi əzilməsi ilə bu iş həmişəlik qapanmalı idi. Lakin bu dəfə inanclı elə bir adla əzilməli idi ki, xalqın bu işdə hakimiyyətin addımında mənfi deyil, haqlı bir dəstək nümayiş etdirsin. Bəs bu addım hansı ad altında icra edilməli idi? Hakimiyyət bunu çoxdan planlaşdırılan layihələr sırasında ən idealını seçməklə icrasına başladı: İran cəsusu!
6-cı hissənin sonu.