Fransa 1/4 finala yüksəldi

Futbol üzrə dünya çempionatında Paraqvay - Fransa oyunu keçirilib.

1/8 final mərhələsinin matçı Filadelfiya stadionunda təşkil olunub.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edib.

Oyunun nəticələrinə görə, Fransa komandası minimal hesabla qələbə qazanıb - 1:0.

70-ci dəqiqədə kobud oyuna görə təyin edilən penaltini Kilian Mbappe qola çevirib.

Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş millisi olacaq.