Peyğəmbərlər silsiləsindən sonra bu missiyanı, nümunələrin təqdimatını Allah Özünün dəyərli şəxslərinin əli ilə davam etdirməyə başladı. 250 illik bir zamanı əhatə edən İmamət zənciri bu İlahi missiyanın davamı idi. Sürətli vəziyyətlərin dəyişilməsi, siyasi diskriminasiyalar, hakimiyyət uğrunda mübarizələr müxtəlif imamların bu nöqtədə insanların hansı addım atması, hansı əqidə durumuna malik olması, hansı siyasi taktiki gediş göstərməsinin əməli nümunəsi oldu.
Bəzən imamların həyat hekayəsi sülh, bəzən döyüş, bəzən elm, bəzən məhrumiyyət kimi müxtəlif hadisələri əhatə edincə əsas baxış, İlahi hədəf məkəzdə duraraq bütün addımların onun xidmətinə yönəlməsi bu dövrün Məsumlarının insanlar üçün əməli nümunəvi gedişi idi. Zamanın təməl prinsipləri o qədər dəqiq, əhatəli və aydın dəlillər əsasında qurulurdu ki, sonrakı dövrlərdə insanlıq bu nümunələrin həmişəaktiv varlığından faydalanmağa davam edəcəkdi.
Sonuncu, 12-ci imam Hz Məhdinin (ə.f.) kiçik qeyb dövrü, nümunələr zənciri bir müddət İmama yaxın bir neçə səhabəsinin varlığı ilə yaşamağa başladı. Məhdud insanların ünsiyyətdə olduğu İmam əslində insanlığı onun qeybi dövründə düzgün nümunə seçiminə addım olaraq həyata keçirirdi ki, bu dövrdə yarana biləcək problemləri İmam kiçik qeyb dövründə (bu dövr İmamın 5 yaşından 72 yaşına qədər olan bir dövrü əhatə edir) həll edirdi.
İmam Böyük qeyb dövrünə hazırlanıldığı bir zamanda (bu İmamın 72 yaşından sonrakı və günümüzə qədər davam edən bir müddəti əhatə edir) nümunələr zəncirini qoruyacaq çoxsaylı hədislər, mübarək fikirlər söyləyərək həqiqi nümunələrin forma və statusu haqqında məlumatlar verirdi. Məhz bu sistemin işlək olması səbəbindən İmamın böyük qeybət (qeyb dövrü) zamanından başlayaraq İlahi həqiqətlərə, fitrətin çağırışına boyun əyib hiss və nəfsin əsarətindən uzaq dəyərli şəxslər nümunə missiyasını üzərinə götürdülər.
Əlavə olaraq qeyd edək ki, Cəfəri məzhəbinin əsaslarında rəhbərin paklıq, mənəvi aliliyi həmişə diqqət mərkəzində olub. Heç təsadüfi deyil ki, sünnü məzhəbi peyğəmbərlərin istisnasız günah etmək ehtimalını irəli sürdükləri halda şiə əqidəsinə görə doğuluğundan dünyasını dəyişənə qədər peyğəmbərlər günahsız, məsum və pakdırlar. Onların əsaslandığı dəlillərdən əlavə, onlar bunu bir məntiqi əsaslanma ilə də həyata keçirərək Allahın nümunə seçimindəki əsas məntiqlə də uyğunlaşdırırlar. Əgər Allahın nümunə göndərdiyi şəxsin özü və ya düşüncəsi yanlış, müəyyən hadisələr müqabilində bəyənilməz addımlara yol açıbsa, bu zaman nümunəni özünə xətt sayan şəxsin addımındakı yanlışlıqların qınanması məntiqli olmazdı.
Əgər Allahın seçdiyi Peyğəmbər hansısa günahın müqabilində aziclik nümayiş etdirərsə, belə olan halda bu nümunəni həyatına tətbiq edən şəxsin addımındakı yanlışlıqlar qınaq nöqtəsinə gələ bilməz. Bu əlifba kitabında hansısa hərfin yazılışındakı eybəcərlikləri kitabdan öyrənərək eybəcər yazan uşağın durumuna bənzəyir. Belə olan halda müəllim heç zaman nümunəyə baxıb yanlış hərf yazan şagirdi qınaya bilməz. Ona görə də mütləq nümunələrin bütün həyat hekayəsi boyunca məsum olması Allahın peyğəmbər seçimində önəmli tərəfdir.
İmamətin cəmiyyətlə birbaşa əlaqələrinin məhdudlaşması fonunda nümunələr imamətdən aşağı, lakin hisslərinə əsir olmayan Allah bəndələrinə ötürülməyə başladı. Şübhəsiz belə şəxslərin əsas göstəriciləri üzərində din, əqidə, eyni halda daxili dünyanın, fitrətin tanınması önəmli rol olaraq götürülürdü.
Nümunə. 2-ci hissə