Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13 nəfərə çatıb.
Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X” hesabında bildirib.
Onun sözlərinə görə, ikisi azyaşlı olmaqla, azı 86 nəfər isə xəsarət alıb.
Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə ziyan dəyib.
Axtarış-xilasetmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri sakinləri hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırıb.
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13-ə çatıb, 86 yaralı var