İyulun 1-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində inanclı xanımların məhkəməsi davam edib. İlk məhkəmə iclasında xanımlar işlə tanış olmadıqları üçün məhkəmədən iclası müəyyən zamanda ertləməsini istəmişdilər. Bu dəfə məhkəmə açılış xarakterli olaraq ittiham aktının oxunması ilə başlayıb.
Dövlət ittihamçısının çıxışından sonra bəzi məsələlərin aydınlaşdırılması və vəkillərin qeydləri açılış məhkəməsinin əsas hissəsini təşkil edib. Xanımlardan bəziləri çıxış üçün söz istəsə də, hakim icazə verməyib. O, iclasın açılış xarakterli olmasını əsas gətirərək çıxışlarını növbəti məhkəmə iclasına qədər ertələmələ olduqlarını bildirib.
Məhkəmə bununla da yekunlaşıb. Növbəti iclas iyulun 15-i saat 15:00-a təyin edilib.
Xatırladaq ki, Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin (ə) 40 mərasimi (Ərbəin) günündə ehsan payladıqları üçün saxlanılıblar.
İnanclılar barəsində məhkəmə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başladıb.
Xanımlar heç bir ittiham aktını qəbul etmir və məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını tələb edirlər.
İnanclı xanımların məhkəməsi davam edib