Hədəf İslamdır 3-cü hissə İslamın hədəfə alınma səbəbi

Sadalananlar təkcə qulağa xoş gəlim ifadə deyil. O, öz varlığını təsdiqlədən, sabitləşən, eyni halda tarixi kimlik qazanan bir vəsiqə kartı olaraq özü, bu günü və gələcəyi haqda çox söz danışır. Şübhəsiz, bu artıq tərəfləşən, maraqlaşan, daxili və xarici təsirlərlə hərəkətə gələn qüvvələrin diqqət mərkəzində, bəzən rəqabətində, bəzən hədəfində, bəzən isə nifrətində ola bilir ki, buna da xüsusi, ümumi səbəblər aydın izah oluna bilər. İslam dost sevgisinə isti ocaq olduğu halda düşmən nifrətinə dağ olaraq yarasına od basdığından o, daima izlənilir. İlk fürsəti imkanların ona verdiyi şans olaraq dəyərləndirmə edərək müxtəlif məzmunlu cəbhələr bu günün Azərbaycan islamını fərqli tərəf və adlarla hədəf edərək gözdən salmaqda davam edir. Buna isə onun sözün həqiqi mənasıda qorxuları təsir göstərməmiş deyil. İlk növbədə dəyərləndirmə İslamın Azərbaycan cəmiyətində müstəsna rola malik olan tərəfləri və bunun müqabilində qarşı tərəfin acizlik sindromudur. Öncə Azərbaycanda İslamın hədəfçilərin mümkün özəl fərqlərinə diqqət edək:
1. İnanc; İnanc ifadəsi fitrəti duyğudur və dini, əqidə, siyasi və ictimai statusundan asılı olmayaraq hər kəsin daxilində özəl yerə malik bir duyğu, hissdir. Bu gün dünyanın cüzi saya malik insanları istisna hər kəs inanca malikdir. Azərbaycanda da ateizmin İslamı hədəfə alması həmən qüdrət müqabilində narahatlıq, məğlubiyyət təzahürü olaraq gerçəkləşir ki, bu mövzu irəlidə incələnərək səbəbləri izah olunacaq. İnanc insanın ən əsas nüvəsidir. Bütünlükdə möhkəmlənmə amili, dini terminlə deyilərsə təqva yaradan inanc insanı dağ kimi mətin, əyilməz və iradəli edir. Buna əlavə olaraq inancın İlahi sevgiyə bağlılıq müqabilində dünya malına hərislik, paxıllıq, şəhvətpərəstlik kimi bir çox xəbis sifətlərin qarşısında dəyanətli duruşu inancı başqa baxışlardan fərqləndirən xüsusi amildir. Buna İslamın unikallığı, şiəliyin əqidə əsası daxil olunca təkcə özünəməxsusluq deyil, böyük bir idarəçilik konsepsiyasi ortaya qoyması tərəflərin xüsusi hədəf nöqtəsi olaraq İslamı diqqətə alma amilidir.
2. Tamlıq; İslam bütün qanunları tam və mükəmməllik olaraq mənşədən, Rəbbin göndərişlərindən zaman dəyişikliyinə uğramadan mövcudluğu İslamı başqa din və əqidələrdən fərqləndirən cəhətdir. Onun qanunları insan yaradan Uca Allahın birbaşa inşası əsasında gerçəkləşdiyi üçün hər bir qanun bir tamlıq, hər bir fikir bir kamillik əsəridir. Bu isə dünyanın siyasi, sosial və ictimai mühitində sosializmdən nasionalizmə, kapitalizmdən bir çox izmlərə yol açan məktəblər müqabilində dəyişmədən mövcudluq, dözüm və artıq sona yaxınlaşıb qələbə şeypuru səsləndirən uğurlarında təzahür edir. İslam zahiri-daxili tam bir mükəmməllik əsəridir. O, istənilən sahənin dünyanın dumanlandırdığı hisslər və həyəcan gətirdiyi aldadıcı duyğuların yaratdığı insan haqlarının tələbləri ilə deyil, insanın ruhuna hesablanan o ruhun inşaatçısının ruha lazım olanları fitrət üzərindən tənzimləyərək Peyğəmbərləri vasitəsi ilə insanlara göndərdiyi ilahi konsepsiyaları özündə əhatə edən bir dindir. Tamlıq və dolğunluq insan həqiqətini əgər o, öz hədəfindən dönmədən inkişaf edəcəyi halda mükəmməl, parlaq bir dünyanın varlığına vəd verən ədalət çağırışı edir ki, məhz qarşı tərəfindən qorxu sindromu, vahimə hissi onu hədəfə aldırıb.
3. Birləşdirici; İslamın ümmət prinsipini seçməsi təsadüfi deyil. Hamını bir bayraq altında birləşdirmə qüdrətli din ölkələrin sərhədlərini tanımadığı kimi xalqların da bölünməsinə qarşıdır. İnsanları bir-birindən təqvanın fərqləndirdiyini söyləyən İslama görə yüksəliş yalnız mənəviyyatdadır. Dinə görə geniş əhatələnib tat, talış, kürd, türk kimi məfhumlar yalnız dağıdıcılıq amilidir. Ümmətçilik prinsipi insanın hansı sinifə məxsus olmasını əsla ciddiyə almır. Əlbəttə, hər bir xalqın kimliyini tanıyan İslam üçün əhəmiyyət yalnız daxili paklıq və mənəviyyat İlahi təkamüldür. Nə maddi nüfuz, nə xalqın kimliyi İslama görə üstünlük əlaməti ola bilməz. Bu gün xalqların daxilinə salındığı millətçilik təfəkkürü dünyanın ən qorxulu virusu olaraq qalır. Millətçilik-nasionalizm təhlükəsi bir çox qorxulu müharibələrin də əsası olaraq tanınır.
4. Ədalət; İslamın ədalət məfhumu ilə dünyanın ədalət deyilən düşüncəsi arasında yetərli fərqlər vardır. Dünya ədalətin hər kəsin haqqı olanı ona verməklə səciyyələndirirsə, İslama görə ədalətdə insan meyarı yetərli sayılmır. Din ədalətdə mənəviyyat, əxlaq, vicdan və sair mənəvi keyfiyyətləri də nəzərə alır. Eyni halda, İslamın ədaləti İlahi hökmlərin ədalət sərhədlərini ciddi dərəcədə qoruyan əsas katiqoriyadır. Heç təsadüfi deyil ki, əqidə əsasları deyilən dinin əsas qanun mənbəyi Allahı tək bilmənin ardınca yer alan müddəa da məhz ədalət olaraq tanınır. Buna görə də İslam ədalət deyəndə hər kəsin haqqı olanı ona vermək deyil, bu haqqın Haqq sahibinin onda tanıdığını əsas olaraq dəyərləndirir. Yəni, dünya ədaləti ilə dini ədalət arasında fərq mənəvi, İlahi ədalət olaraq əsas götürülür ki, bunu tənzimləyən böyük bir konsepsiya “Vilayəti-Fəqih” (din mütəxəsisinin idarəçiliyi) adı altında İslamda tanınan xüsusi bir hissədir.
Ardı var...
Müəllifin məqalələri: