Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı COP29-dan bir neçə həftə sonra “Azərbaycanda yeni həbs dalğası çərçivəsində” jurnalistlərin saxlanılmasını pisləyir. Qurum Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə çağırır. Bu haqda Amnesty İnternational-ın bəyanatında deyilir.
“Biz COP29-dan sonra repressiyalardan ehtiyatlanırdıq və indi BMT konfransının iştirakçısı olan dövlətləri Azərbaycanda - hələ də COP29 sədri vəzifəsini tutan ölkədə davam edən təqiblərə reaksiya verməyə çağırırıq", bəyanatda qeyd edilir.
Qurum hesab edir ki, müstəqil jurnalistlərin, o cümlədən Meydan TV əməkdaşlarının sonuncu həbsləri bir il əvvəl başlamış və müstəqil tənqidi səslərin boğulmasına yönəlmiş repressiyaların tərkib hissəsidir.
O da qeyd olunur ki, repressiyalar Abzas Media, Toplum TV, Kanal 13 və digər nəşrlərin, indi isə həm də Meydan TV əməkdaşlarının, həmçinin alim və fəalların həbslərinə gətirib çıxarıb.
ToplumTV
“Biz COP29-dan sonra repressiyalardan ehtiyatlanırdıq"