Avropa Parlamenti üç yüksək rütbəli azərbaycanlı məmura sanksiya tələbi ilə qətnamə hazırlayıb

Avropa Parlamenti üç yüksək rütbəli azərbaycanlı məmura sanksiya tələbi ilə qətnamə hazırlayıb.
Bunlar Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, İlham Əliyevin köməkçisi Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov və dövlət təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevdir.
“Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar, həmçinin Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV-nin işlərinə dair” Qətnamə bu gün səsverməyə çıxarılacaq.
Avropa Parlamenti yaydığı sənəddə qeyd edir ki, hər üç yüksək vəzifəli şəxs Azərbaycanda siyasi həbslərin və repressiyaların əsas təşkilatçısı və iştirakçısıdır.
 
 
MeydanTV