Azadlıqlara qarşı repressiyanın bu dəfə qurbanı elə azadlıqların qorunması üçün fədakarlıq gösrətən hüquq evinin Simuruq quşu özü oldu.
Varlığını zülmətləri nurlandırmaq üçün məşəl olub alovlandıran bir nurun ətrafını zülmət qaranlıqlar hündür dağlar, uca divarlar hörməklə almağa çalışdı.
Rüfət Səfərovun həbsi özünün ifadəsi ilə deyilərsə rejimin hüquqlara yönəli növbəti addımı idi.
Hakimiyyətin məhdudlaşdırmaqda ən son həddə enən həbs siyasəti nəhayətdə hüquq müdafiəçisini də gözlənilən siyasətə qurban etdi.
Azərbaycanda hüquq müdafiəsində təmənnasız xidmət göstərən insanlar içində Rüfət bəy unikallığı ilə fərqlidir. Onun müdafiəsində qaldığı şəxslərin haqqı təkcə bir hüquq müstəvisinin maraqları ilə yekunlaşmır. Burada bir insani sevgi, yanan qəlb və doğma ürək döyüntüsü həmişə bunula paraleldir. Son, 1-cı qrup Famil Xəlilovla bağlı aylardır göstərdiyi təlaş deyilənlərin əyani nümunəsidir.
Bunu biz, Müsəlman Birliyi Hərəkatının üzvüləri son bir neçə ildə yaşadığımız amansız davranışlar fonunda Rüfət bəyin diqqətində yaşayanlardan olduq. O, inanclıların haqqında ən sərt-böhtan ittihamları səsləndirən cəbhənin nifrət püskürən sözləri müqabilində səbr göstərir, eyni halda çoxbucaqlı hədəfə alınan inanclıların günahsızlığı fonunda onların müdafiəsində bütünlükdə səfərbər olaraq addım atmaqda idi. Ən çətin anlarda, dostların belə hədəfə alınmaması üçün susqunluğu Rüfət bəyin cəsarətli müdafiəsini onlardan əsirgəmədi.
Bu gün böyük inanclı kütləsi, xüsusi olaraq Müsəlman Birliyi Hərəkatı Rüfət Səfərovun sifarişli həbsindən hiddətləndiyini bildirir və hakimiyyətin mövcud addımını sərt tənqid edir. Birmənalı olaraq Rüfət Səfərovun günahsızlığına inanır və qeyd-şərtsiz onun azadlığını hakimiyyətdən tələb edir.
Müsəlman Birliyi Hərəkatı.
MBH Rüfət Səfərovun sifarişli həbsini qınadı