İsrail ordusunun gecə boyu hava zərbələri ilə Suriya ordusunun informasiya texnologiyaları mərkəzlərini hədəf aldığı bildirilib. Döyüş təyyarələri Suriya ordusuna aid 20 informasiya texnologiyası obyektini məhv edib.
Xəbərə görə, Suriya ordusunun rabitə antenaları və elektron döyüş alətlərinin olduğu obyektlər İsrailin hava hücumlarının hədəfi olub.
Bundan əlavə, Suriya mediası İsrail rejiminin Suriyanın qərbindəki Əl-Məsyəf bölgəsinə hücumunun Təl-Əvivin iddiasının əksinə olaraq, mülki hədəf olan ölkənin elmi kənd təsərrüfatı araşdırma mərkəzini hədəf aldığını bildirib.
Rejim qırıcıları dünən Dəməşq ətrafı və Həma, Latakiya və Tartus əyalətlərində bir çox əraziləri bombalayıblar və bildirilib ki, hava hücumunun hədəfləri şəhərətrafı ərazilərdə yerləşən Əl-Məsyafdakı müdafiə fabriki və tədqiqat mərkəzidir.
Bəşər Əsəd hökumətinin devrilməsindən sonra silahlı müxalifətin susqunluğunun kölgəsində İsrail rejimi misli görünməmiş hava zərbəsi endirib, Suriya ordusunun döyüş və müdafiə imkanlarının 80 faizindən çoxunu məhv edib.
İsrail Suriyadakı strateji mərkəzlərə zərbələr endirib