Türkiyə Xarici İşlər Nazirliyi İsrail rejiminin işğal altındakı Colan təpələrində qanunsuz yaşayış məskənlərini genişləndirmək qərarına sərt reaksiya verib.
“İsrailin 1967-ci ildən işğal etdiyi Qolan Təpələrində qeyri-qanuni yaşayış məskənlərini genişləndirmək qərarını şiddətlə qınayırıq” Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir.
Açıqlamada, sözügedən qərarın İsrailin işğal yolu ilə sərhədlərini genişləndirmək məqsədinin yeni mərhələsi olduğu vurğulanıb.
İsrailin Suriyada sülh və sabitliyin bərqərar edilməsi səylərinə ciddi ziyan vurduğu bildirilən bəyanatda aşağıdakı detallar yer alıb:
“İsrailin atdığı bu addım, 1974-cü il Qüvvələrin Ayrılması Müqaviləsini pozaraq, İsrail və Suriya arasındakı ayırma zonasına daxil olması, ətraf bölgələrdə irəliləyişləri və Suriyaya qarşı hava hücumları ilə qiymətləndirildikdə son dərəcə narahatedicidir.
İsrailin davam edən hərəkətləri Suriyada sülh və sabitliyin bərqərar edilməsi və regionda gərginliyin daha da artması səylərinə ciddi ziyan vurur.
Beynəlxalq ictimaiyyət İsrailə lazımi reaksiyanı göstərməli və Netanyahu hökumətinin qeyri-qanuni fəaliyyətinə son qoyulmasını təmin etməlidir”.
İsrailin Suriya qərarına Türkiyədən reaksiya