Avstraliya hökuməti ölkəyə daxil olmaq üçün viza tələb edən İsrail əsgərlərini geri qaytardı.
“Sky News Australia”nın məlumatına görə, İsrail Müdafiə Qüvvələrində (IDF) xidmət edən Ella Berger və Ömər Berqerin vizaları rədd edilib. Ailənin Avstraliyanın daxili işlər naziri Tony Burkedən dəstək istəməsi, lakin heç bir cavab almadığı bildirilib.
Avstraliya hökumətinin viza müraciətində İsrail əsgərləri Ella və Ömər Bergerə Fələstindəki müharibə zamanı mülki şəxslərə və ya əsirlərə qarşı hər hansı bir hərəkət edib etmədikləri ilə bağlı sualların soruşulduğu öyrənilib.
İşğalçı İsrail əsgərlərinə 13 səhifəlik sənədləri doldurmalı olduqları bildirilib.
Viza müraciətində verilən suallardan bəziləri bunlardır:
“Siz nə vaxtsa məhbuslara və ya mülki şəxslərə qarşı hər hansı fiziki və ya psixoloji zorakılıqda iştirak etmisinizmi?”
“Heç vaxt təcridxanada, həbsxanada və ya düşərgədə mühafizəçi və ya zabit işləmisinizmi?
“Siz nə vaxtsa soyqırım və ya müharibə cinayətində iştirak etmisinizmi?
Ella Bergerin Avstraliyaya uçmaq üçün İsrail ordusundan bir həftəlik məzuniyyət aldığı, lakin viza gecikməsi səbəbindən ölkəsinə qayıtmalı olduğu açıqlanıb.
İsrail ordusunun ehtiyatda olan əsgəri Ömər Berqer viza prosedurlarını gözləmək üçün Taylandda qalıb.
Ötən ay İsrailin keçmiş ədliyyə naziri Ayelet Shakedin Avstraliyaya viza müraciətinin də rədd edildiyi bildirilmişdi. Şakedin Avstraliyada İsrail-Avstraliya əməkdaşlığının gücləndirilməsi məqsədi ilə keçirilən konfransda iştirakı planlaşdırılırdı. Lakin vizanın rədd edilməsinə səbəb kimi Şakedin Fələstin dövlətinə qarşı fikirləri göstərilib.
Avstraliyanın xarici işlər naziri Penni Vonq aprelin 9-da Fələstin dövlətini tanımağa hazır olduqlarını bildirib. Avstraliyada müxalifətdə olan Yaşıllar Partiyasının təklif etdiyi Fələstin dövlətinin tanınması ilə bağlı qanun layihəsi mayın 29-da parlamentin aşağı palatasında keçirilən səsvermədə rədd edilib.
Avstraliya İsrail əsgərlərini ölkəyə buraxmadı