Ali Məhkəmə inanclının işini 3 il 6 aya endirdi

Dekabrın 13-də Ali Məhkəmə siyasi məhbus Cavid Allahverdiyevin müraciəti əsasında şikayətinə baxıb. Şikayətdə ittiham tərəf 2023-cü il 18 oktyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavid Allahverdiyev barəsində çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına baxıb.

Məhkəmə Müsəlman Birliyi Hərəkatının üzvü, inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdıraraq cəzanı 4 ildən 3 il 6 aya endirib.

Xatırladaq ki, Allahverdiyev Cavid Məhərrəm oğlu 2023-cü il martın 16-da saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Həbsindən bir neçə gün öncə ailə həyatı quran gənci məhkəmə 18 oktyabr 2023-cü ildə qeyd edilən ittiham üzrə müqəssir bilərək  4 il müddətinə azadlıqdan məhrum etmişdi.