Yəməndən İsrailə atılan raketlər Təl-Əviv və ətraf ərazilərdə sirenlərin səslənməsinə səbəb oldu

Yəməndən İsrailə raket hücumu həyata keçirilib. Hadisə ilə bağlı İsrail ordusu məlumat yayıb.

Bazar ertəsi günü İsrail ordusu rəsmi X hesabında yaydığı yazıda bildirib ki, Yəməndən atılan raketlərdən sonra ölkənin mərkəzi hissələrində sirenlər səslənib.

Yəmən husiləri tez-tez İsrailə hava hücumları edir. İsrail döyüş təyyarələri indiyədək dəfələrlə Yəmənə hava zərbələri endirib.

Husilərin raket hücumu bölgədə gərginliyin yüksək olduğu bir vaxta təsadüf edib.

Son zamanlar Bəşər Əsəd administrasiyasının devrilməsindən sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən Suriya ərazisi hesab edilən Colan təpələrini işğal edən İsrail qüvvələri bufer zonadan keçərək Suriya ərazilərinin işğalını genişləndirib. Bu eyni halda Qəzzanı atəş altda saxlamaq kimi İsrailin bu ərazini işğalda saxlamağı ilə də müşahidə olunur.