Türkiyə Xarici İşlər Nazirliyi, ailələri İŞİD-ə mənsub olan və İraqdakı həbsxanalardan Türkiyəyə gətirilən uşaqların sayının 500-ə yaxın olduğunu, 200-dən çox qadının isə hələ də İraqda saxlanıldığını açıqlayıb.
Nazirliyinin büdcə müzakirələrində danışan DEM Partiyasının Diyarbakır Millət vəkili Ceylan Akça Kupolo İraqda İŞİD və ya Əl-Qaidə ilə əlaqəsi səbəbiylə neçə türk vətəndaşının saxlanılaraq həbs olunduğunu və neçə uşağın geri qaytarıldığını soruşub.
Xarici İşlər Nazirliyinin Kupoloya verdiyi cavabda İraqda İŞİD üzvü olduqları üçün saxlanılan və məhkum olunan 200-dən çox Türkiyə Respublikası vətəndaşının olduğu bildirilib.
Xarici İşlər Nazirliyinin cavabında İraq hakimiyyəti tərəfindən İŞİD-ə üzv olmaqda mühakimə olunan Türkiyə Respublikasının kişi vətəndaşları ilə bağlı heç bir məlumat paylaşılmayıb.
TÜRKİYƏYƏ 500-Ə YAXIN UŞAQ GƏTİRİLİB
Nazirlik Bağdadda saxlanılan və məhkum olunan Türkiyə vətəndaşlarının qohumlarından olan 500-ə yaxın uşağın Türkiyəyə gətirildiyini açıqlayıb. Bildirilib ki, uşaqlar aidiyyatı qurumlar tərəfindən qəbul edilib.
DEM Partiyasının Millət vəkili Kupolo, 2017-ci ildə İŞİD-in tam məğlubiyyəti ilə bir çox İŞİD üzvünün əsir alındığını və ya təslim edildiyini və bu şəxslərin əvvəlcə düşərgələrə yerləşdirildiyini, daha sonra isə qonşu ölkələrə göndərildiyini bildirib. Kupolo əsir götürülərək təslim olan İŞİD üzvləri arasında uşaqlı ailələrin olduğunu bildirib.
İraqda İŞİD üzvlərinin saxlandığı bir həbsxana olduğunu izah edən Kupolo, “Bu həbsxanada dünyanın bir çox yerindən İŞİD üzvləri var. Türk xalqı, Şərqi Türküstanlılar, ukraynalılar, kanadalılar, yeni zellandiyalılar... Aralarında qadınlar da var, uşaqları da. Onların əksəriyyətinin həyat yoldaşları əməliyyatlar zamanı dünyasını dəyişib. Qadınlar uşaqları ilə orada qaldılar. Bir çox ölkələr o cümlədən Kanada, Yeni Zelandiya, Avstraliya və Norveç öz uşaqlarını aparıblar.
TÜRKİYƏ DƏ İRAKDA BÜTÜN UŞAQLARINİ GÖTÜRDÜ
Həbsxanada olan bəzi türk qadınları ilə əlaqə saxladığını izah edən Kupolo, “Batman və Dənizlidən, İç Anadoludan bura gələn qadınlar var. Əlaqə saxladığım qadınların uşaqlarını Türkiyə dövləti İraqdan götürüb.
Suriyadakı Əl Hol və Roj düşərgələrində Türkiyə Respublikası vətəndaşları ilə bağlı vəziyyətin məlum olmadığını bildirən Kupolo, “Orada daha çox sayı ola bilər. Amma hesab edirəm ki, bu rəqəmi müəyyən etmək üçün şərait yoxdur”.
Türkiyəyə gətirilən uşaqlarla bağlı görülən işlər barədə məlumatın olmadığını qeyd edən Kupolo, “Bu məsələ Ailə və Sosial Siyasətlər Nazirliyinin səlahiyyətində olmalıdır.
200-dən çox Türkiyə vətəndaşı qadın İŞİD ittihamı ilə İraq həbsxanalarındadır