Ayətullah Məkarim Şirazi Suriyadakı hadisələr barədə: Ümidsizliyə qapılmayın, qələbə Allahdandır!

Ayətullah Məkarim Şirazi Suriyadakı proseslərlə bağlı bu sözləri deyib: “Bəzi insanlar hadisələrin görünüşünə baxanda ümidsizliyə qapıldılar, lakin bu belə deyil və Suriyanın indiki hakimləri bir-biri ilə birləşmək iqtidarında olmayacaqlar."

Ayətullah Məkarim Şirazi deyib:

"Tarixdən ibrət götürüb motivasiyamızı qoruyub saxlamalıyıq, passiv qalmamalıyıq, Allahın dediyi kimi, qələbə Allahdandır və bunlar Allah üçün çox asandır.

Bəzi insanlar Suriyadakı görünən proseslərə baxanda ümidlərini itirdilər və “Suriya həmişəlik əldən getdi və bir şey düşünməliyik ki, ziyarətgahlara toxunmasınlar, şiələrə qarışmasınlar” deməyə başladılar. Amma bu belə deyil və Suriyanın indiki hakimləri bir-biri ilə birləşə bilməyəcəklər.

Bəziləri israrla universitet mədəniyyətinin hövzələrdə hakim olduğunu düşünür və bunun intellektual bir iş olduğunu düşünürlər. Halbuki İslam elmlərinin bayrağı dalğalandığı bir vaxtda universitetlər hələ mövcud deyildi”.

Ayətullah Məkarim Şirazi universitet mədəniyyətinin bəzi müsbət cəhətlərinə toxunaraq, bu sözləri deyib:

“Biz diaqnostika qabiliyyətinə malik olmalı, yaxşı və uyğun proqramları qəbul etməli və uyğun olmayan proqramların təsirinin qarşısını almalıyıq”.

Ayətullah Məkarim Şirazi də elmi hövzələrdə hövzə mədəniyyətinin atmosferdə hökmranlığını müsbət hal kimi qiymətləndirib və deyib:

"Elmi hövzələrin idarəçiləri hövzə mədəniyyətinə tabe olan və müsbət düşüncəyə malik insanlar olmalıdır.".