Gürcüstan baş naziri: Ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldıq

"Gürcü Arzusu Partiyası ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldı".

Operativtv Az.rasthaber-ə istinadən xəbərinə görə, bu sözləri ölkənin Baş naziri İrakli Kobaxidze ölkədə etiraz aksiyası iştirakçılarının fəallığının azalmasından danışarkən deyib.

"Radikal müxalifət güc resurslarını itirdi. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını aldıq - 800 nəfər (bir gün əvvəlki aksiyada iştirak ediblər). 4 siyasi partiya və 10-dan çox varlı QHT - bunlar Rustaveli prospektində heç 800 nəfəri də yığa bilmirlər. İtalyanların dediyi kimi, "finita la komediya" - hər şey bitdi", - deyə Kobaxidze bildirib.