Amerika-İsrail hücumuna hazırıq

Minlərlə yəmənli paytaxt Səna və ölkənin digər bölgələrində keçirdikləri yürüşlərdə Qəzza xalqına dəstəyini davam etdirməyə və Amerika-İsrailin mümkün hücumuna qarşı öz ölkələrini müdafiə etməyə hazır olduqlarını vurğulayıblar.

“Qəzza ilə birlikdə cihad və səfərbərliyə hazırlıq... Biz hər cür hücuma hazırıq” başlıqlı bu yürüşün yekun bəyannaməsində yəmənlilər Amerika və İsrail rejiminə qarşı mübarizədə açıq mövqelərini bir daha bəyan ediblər.

Onlar həmçinin Fələstinin mübarizəsini dəstəkləmək və Yəmənin müdafiəsini təmin etmək üçün vəd edilmiş qələbə və müqəddəs cihad uğrunda mübarizə çərçivəsində səbir və qətiyyətlə davam edəcəklərini bəyan ediblər. Bu kontekstdə sui-qəsd nəzəriyyələrinə müqavimət göstərməyə və bu müharibədə lazımi fədakarlıqlara hazır olduqlarını bildiriblər.

Yəmənli yürüş iştirakçıları İslam dünyasının hökumətləri, xalqları və partiyalarına deyiblər: “Unutmayın ki, dünya sizinlə münasibətlərini prinsiplərinizə və dəyərlərinizə nə qədər bağlı olduğunuza görə formalaşdıracaq”.

Yəmən xalqı HƏMAS Hərəkatı və İzzəddin əl-Qəssam Briqadalarının yaranmasının ildönümünü qeyd edib və sionistlərin məhvinə səbəb olan Fələstin Müqavimətinin Qəzza zolağında unikal əməliyyatlarının davam etdirilməsindən məmnunluq ifadə edib.

Nəhayət, yəmənlilər İslam ümməti və ərəb ölkələrini Qəzza xalqına və müqavimətə dəstək üçün cəbhələrə qoşulmağa çağıraraq, Fələstin xalqına dəstək üçün bütün qüvvə və vasitələrin səfərbər olunmasının vacibliyini bildiriblər.