MBH Türkiyədə yaşanan terror aktını qınayan bəyanat yaydı

İnsanlıq əleyhinə, azadlıq, hürriyyət, ədalət, inam və inanca qalxan xain düşüncələrin həyata keçirdikləri məkirli plan: terror!
Düşmən acizliyini, məğlubiyyətini, zəifliyini gizləməyə çalışdığı terror aktı tarixin bütün səhifələrində qınanılıb və qınanmaqdadır. Heç bir hal terrora haqq qazandıra bilməz. Birmənalı olaraq bəşəriyyətin mübarizə hədəfində bir nömrəli mövzu terror və bu oyunun bədxah iştirakçılarıdır. Bəşəriyyət bütünlükdə terrorun hər bir formasına qarşı yumruq olaraq mübarizədə bütün imkanlarını səfərbər etməlidir.
Belə bir terror aktı oktyabrın 23-də qardaş Türkiyənin paytaxtı Ankarada şəhərində TUSAŞ müdafiə sənayesi zavoduna gerçəkləşib. Terrora məruz qalan ölkə olaraq biz insan itkisinə səbəb olan bu cinayət hadisəsini qınayır, eyni halda dünyanı son dövrlər cənginə alan sionist terror cinayətləri də daxil olmaqla hər növ terroru qınayaraq hadisəni məhkum edirik.
Eyni halda hadisə zamanı dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
 
 
Müsəlman Birliyi Hərəkatı