Həzrəti Ruqəyyə (s.ə.) türbəsinin qapıları bağlı olsa da, Suriyada yaşayan bir qrup alim türbəni ziyarət edərək, qurulan hökumətlə danışıqlar aparıb və gələcəkdə türbənin qapılarını yenidən açacaqlarını bəyan ediblər.
Şamda yerləşən Həzrət Ruqəyyənin (s.ə) məqbərəsinin qapıları hələ də bağlıdır. Son illərdə Suriyada İŞİD-in varlığına görə yaranan gərginlik səbəbindən türbəsinin qapıları müvəqqəti bağlanıb. Bu Dəməşqdəki vəziyyətlə əlaqədar olaraq türbənin qapıları növbəti razılığa qədər ziyarətçilərin üzünə bağlı qalacaq.
Vəziyyətin araşdırılmasının vacibliyini nəzərə alan Suriya Şiə Üləma Şurasının sədri Ədham əl-Xatib Dəməşqdə bir qrup din xadimi ilə birlikdə türbəni ziyarət edib. O, xanımın məzarını ziyarət etdikdən sonra verdiyi açıqlamada gələcəkdə bu müqəddəs məkanın qapıları yenidən açılacağını deyib.
Onu da qeyd edək ki, hazırda Həzrət Zeynəbin (s.ə.) məqbərəsi ziyarətçilərin üzünə açıqdır və hərəm rəhbərliyi tərəfindən bu müqəddəs məkanın heç vaxt bağlanmadığı bildirilib. Təhrir-i Şam İdarəsi Zeynəbin (s.ə) məqbərəsini qorumaq vəzifəsini öz üzərinə götürüb. Qərara görə bu müqəddəs məkana silahla girmək qadağandır.
Şura yaxın zamanlarda Xanım Ruqəyyənin (s.ə.) də eyni sistemlə idarə olunaraq qapılarının ziyarətçilərin üzünə açılacağına ümid edirlər.
Suriya Şiə Üləma Şurasının sədri: Tezliklə Həzrət Ruqəyyənin (s.ə) hərəminin qapıları açılacaq