Bu il “Nərgiz” mükafatı III Respublika Platformasının spikeri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) təsisçisi, hazırda həbsdə olan Akif Qurbanova verilib.
Akif Qurbanov bu ilin martında - III Respublika Platforması təsis ediləndən 3 ay sonra “Toplum TV” işi çərçivəsində “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilib.
Bu iş çərçivəsində Ələsgər Məmmədli, Müşfiq Cabbar, Ruslan İzzətli, Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da həbs edilib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları onların həbsini siyasi sifariş hesab edir.
A.Qurbanov 2013-cü ildən İDİ-nin rəhbəridir.
O, institut çərçivəsində liderlik, jurnalistika, hüquq, iqtisadiyyat kimi sahələrdə təlimlər həyata keçirməklə, yüzlərlə gəncin maariflənməsinə, ictimai proseslərə və vətəndaş cəmiyyətinə qoşulmasına töhfə verib.
Akif Qurbanov AŞPA-nın builki Vatslav Havel insan hüquqları mükafatına namizədlər arasında idi.
“Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.
Mükafat hər il Azərbaycanın demokratikləşməsi naminə mübarizə aparan şəxslərə verilir.
ToplumTV
Bu il “Nərgiz” mükafatı Akif Qurbanova verilib