ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə köməkçisinin müavini Barbara Liu baş verənləri suriyalılarla əlaqə saxlamaq, onlarla ünsiyyət qurmaq və birbaşa onların sözlərini dinləmək üçün mühüm fürsət adlandırıb.
“Biz Suriya müvəqqəti administrasiyasının nümayəndələri, o cümlədən Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani) ilə növbəti mərhələnin prinsipləri ilə bağlı məsləhətləşdik.
Biz Suriya müvəqqəti hökumətinin müsbət mesajlarını alqışlayırıq və verilən vədlərin yerinə yetiriləcəyinə ümid edirik. Eyni halda biz bu görüşlərdə Suriyanın keçid mərhələsində geniş inteqrasiya və məsləhətləşmələrin vacibliyini vurğuladıq.
Biz inklüziv hökumətə aparan və hər kəsin hüquqlarına hörmət edən siyasi prosesi dəstəkləyirik.
Bu görüşdə terrorçular və onların Suriyaya təhlükə yaratmaması ilə bağlı da məsləhətləşdik və Əhməd əl-Şara da bu məsələdə qətiyyətini açıqladı.”
Suriyada itkin düşən Amerika vətəndaşlarının taleyi ilə bağlı məlumat alacağına ümid etdiyini ifadə edib. Eyni halda ABŞ dövlət katibinin müavini İranın Suriyada heç bir rolu olmayacağını bildirib.
Türkiyənin Suriyada güclü və təsirli tarixi rolu və milli təhlükəsizlik maraqlarına sahib olduğuna diqqət çəkən Liu deyib: “Əsədin cinayətlərinin sənədləşdirilməsində Suriyaya kömək edəcəyik və kütləvi məzarlıqlar bizim prioritetimizdir.”
O, əlavə edib ki, Şəra praqmatik insandır və biz ondan qadın problemləri və bərabər hüquqlarla bağlı çox praqmatik və mötədil sözlər eşitmişik və onunla məsləhətləşmələrimiz müsbət və çox məhsuldar olacağına ümid edirik-deyə bildirib.
“İranın Suriyada heç bir rolu olmayacaq”