Hacı Tale Bağırzadə: “Qəzza sübut etdi ki, qələbə üçün say deyil, iman əhəmiyyətlidir”

Bu, əqidənin, rəşadət və inamın qələbəsi idi. Müharibənin ilk günündən son anına qədər böyük sayda itkilər, amansız dağıntılar və qeyri bərabər güclər birliyi müqabilində ağılları heyran qoyan mübarizə əzmi bu gün Qəzzada qələbə bayrağı qaldırdı. HƏMAS bütün dağıdıcı imperializmə qarşı sinə gərib öz haqq sədasını dünyanın eşidilməyən nöqtələrinə qədər ucaldaraq həqiqəti təcəlla edə bildi.
Bunun üçün Haniyələr, Sinvarlar sinələrini sipər etdi, xalqın qəhrəmanlıq salnaməsini öz müqəddəs qanlarını Qəzza şəhidlərinin pak qanına qatmaqla yazaraq imzaladılar. Şəhid, can fədaisi Seyyid Nəsrullahlar, Haşim Səfiyuddinlər sayın deyil, imanın qələbəsi əks olunan Quran ayəsinə əməli nümunə oldular.
İrtica qüvvələri birliyinin bütün cəhdləri boşa çıxaraq ilk gündə HƏMAS-ın irəli sürdüyü tələbləri ilə masa arxasındadırlar. Tərəflər İsrailin bir neçə gündə məhvinə vəd verdiyi HƏMAS və soyqırımı siyasəti ilə dünyanin nifrət hədəfində olan İsraildir!
Biz rəşadətli, əzmkar Fələstin xalqının haqq mübarizəsini həmişə cani-dildən bəyəndik və dəstəklədik. Bu gün də onların qələbə sevincini bölüşürük.
Dəyərli qardaşlarımız, xüsusi olaraq HƏMAS-ın əzəmətli üzvlərini böyük uğur və şərəfli qələbə münasibəti ilə təbrik edir, Allahdan Fələstin xalqına İlahi fəthin zəfərini diləyirik.
 
Hacı Tale Bağırzadə.