Hakimiyyət sanki yaxşıların, düzlərin, vətənpərvərlərin cəzalandırılmasında bütün güc və səyini göstərməklə bu ölkənin yaşanan ümidlərini sona qədər öldürməkdə israrlıdır. Azərbaycan müstəqillik uğrunda Azadlıq Hərəkatının fəal iştirakçısı, I Qabağ savaşının qazisi, bir ömür xalqın, millətinin rifahı, azadlığı və demokratik dəyərləri naminə bütün varlığını qurban verən, dəfələrlə şərlənərək həbs edilən Tofiq Yaqublu sonunda ölüm təhlükəsi ilə baş-başadır.
Tofiq bəyin günahsız həbsinə etirazı bu gün aclıq aksiyası ilə bir daha azadlıq sevənlərə çağırış olaraq səslənir. Biz xalqın mübariz oğlunun müdafiəsində birlik göstərməli, ona bu savaşda dəstək olmalıyıq.
Tale Bağırzadə Tofiq Yaqubluya dəstək bəyanatı yaydı