İlahiyyatçı Hacı Tale Bağırzadə mayın 7-də Azərbaycana rəsmi səfərə gələn İsrailin baş naziri Benyamin Netanyahunun səfərinə etirazını bildirib. Həbsxanadan ünvanladığı bəyanatında o insanlıq qatilinin ölkəmizə səfərinin yolverilməz olduğunu bildirərək buna etiraz üçün Azərbaycan xalqına çağırış edib. Bəyanatda deyilir:
“Mərhəmətli və Mehriban Allahın adı ilə.
Aclıq aksiyasına başlamağımızın məqsədi zalımlara öz etirazımızı və nifrətimizi, məzlumlara isə dəstək və himayəmizi elan etməkdən ibarətdir. Məlum olduğu kimi may ayının 7-i qəsbkar İsrail rejminin uşaq qatili və müsəlmanlara qarşı tarixdə misli görünməmiş soyqırım törətməyə davam edən Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı verilib haqqında axtarış orderi verilmiş mənfur və məlun baş nazirin Əliyev tərəfindən dəvəti əsasında Azərbaycanımıza səfəri gözlənilməkdədir.
Əvvəla biz bu səfəri ciddi şəkildə pisləyir və hakim rejmi bu böyük səhvindən geri dönməyə çağırırıq. Əliyev hakimiyyətinə etiraz edərək bildiririk ki, artıq illərdir ki, fələstinli körpələri bombalar altında diri-diri yandıran, 50 mindən artıq insanın soyqırım edən qəsbkar rejimin hərbi maşınlarını yanacaqla təmin etmək azmış kimi indi də qatil baş naziri Azərbaycana dəvət edərək ona qucaq açıb qanlı əllərini sıxmağa cəsarət etməkdəsiniz.
Sössüz, belə bağışlanmaz və yanlış addımlara yol verməklə bu addım nə müsəlman dövləti olan Azərbaycanımıza, nə də onu idarə edən başçısına əsla baş ucalığı gətirməyəcək. Əslində hakim rejim bu yanlış addımı ilə Azərbaycanın müsəlman xalqına qarşı ən böyük hörmətsizlik sərgiləməkdədir. Nə qədər gec deyilsə hakimiyyəti bu yanlış addımdan geri çəkilməyə çağırır, eyni halda aclıq aksiyasına başlamaqla bir daha Fələstinin məzlum xalqının yanında olduğumuzu, Allah yolunda apardıqları dirəniş və haqq mübarizələrinə dəstək verməkdir.
Bununla yanaşı bu məzlum milləti müqavimət cəbhəsində tək qoymayan Livanlı mücahid bacı və qardaşlarımıza, Yəmənin qeyrətli dövləti və millətinə öz təşəkkür və minnətdarlığımızı bildiririk.
Allahın yardımı ilə mütləq haqq cəbhəsi batil üzərində qalibiyyətini elan edəcək. Eyni halda hər kəsi Netanyahu kimi pisliyə, onun ölkəmizə mənfur qədəmlərini qoymağa etiraza səsləyirəm.
Allah bizə kifayət edər!”
Hacı Tale Bağırzadə Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq aclıq aksiyasına başlayıb