MBH Suriyada yaşanan son hadisələri qınayan bəyanat yaydı

Suriyada mövcud gərginlik fonunda Colani hakimiyyəti "xarici təsirləri" bəhanə edərək, dinc suriyalılara qarşı qətliam həyata keçirir ki, nəticədə böyük sayda dinc əhalı həyatını itirib. Müvəqqəti hakimiyyətin yerli əhali ilə amansız davranışları birmənalı olaraq hakimiyyətə gətirilən Colani rejminin "Yaxın Şərqi parçalama siyasəti"ni həyata keçirmək üçün bir ünsür olduğu şübhəsizdir.
Son qarşıdurmalar, hakimiyyət qüvvələrinin əliyalın insanları amansızlıqla qətlə yetirməsi bu sistemin zamanında terrorçu siyasətinə başladığı simasının dəyişmədiyini ortaya qoyur.
Suriya qan gölünə çevrilir, eyniliklə Fələstində “dünyaya ədalət” çağırışını edən böyük dövlətlərin gözü önündə. Birmənalı olaraq bu vəhşilik dayandırılmalı, qaniçən sistemin terrorçu xislətinə, insanlara amansız divanına son verməlidir.
Terrorçu rejimi dəstəkləyib, ona dinc insanların qətliamında yardım göstərən dövlətlər başda olmaqla, Suriya Müvəqqəti Hakimiyyətindən bu vəhşiliyə son verməyi tələb edirik.
Eyni halda İslam dünyasını, müsəlman ölkələrini növbəti Fələstin soyqırımının yaşanmaması üçün bu məsələdə laqeydlik göstərməməyə çağırırıq.