İraqın baş naziri Sudani, Hz. İmam Əlinin (ə) hərəmini ziyarət edib

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və onun rəhbərlik etdiyi nümayəndə heyəti Nəcəf şəhərindəki İmam Əlinin (ə) hərəmini ziyarət edib.

Nəcəf şəhəri İraqın iki müqəddəs şəhərindən biridir (digəri Kərbəladır). Fərat çayının qərbində dağ silsiləsində yerləşir.

Nəcəf şəhəri dünyada 1-ci imam Əlinin (ə) məqbərəsinin yerləşdiyi məkan olaraq tanınır. Bu şəhər eyni olaraq köklü elmi hövzələri ilə İslam dünyasına işıq salır. Nəcəf elm mərkəzlərində təhsil alan yerli əhali ilə yanaşı o, İraqın müxtəlif bölgələrindən və müxtəlif ölkələrdən olan minlərlə tələbəyə də xidmət göstərir.