Makron: Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə aparan yeganə yoldur

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə nail olmağın yeganə yoludur.

Bu barədə Makron Böyük Britaniya parlamentində çıxışı zamanı bildirib.

“Biz Fələstin dövlətini tanımaq üçün birgə çalışırıq. Bu siyasi qərarın qəbulu sülhə aparan yeganə yoldur”, – Fransa lideri vurğulayıb.

Onun sözlərinə görə, Qəzza zolağında atəşkəsin əldə olunması vacibdir.

“Strateji məqsədi olmayan sonsuz müharibə həm region, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır”, – Makron əlavə edib.