Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində (MSY) saxlanılan şəxslərin hamam və namaz otağından istifadə etməsinə icazə verilmədiyi bildirilir.
Toplum TV-yə daxil olan anonim məktubda qeyd olunur ki, istintaq hərəkətlərinin aparılması məqsədilə hər ay 10 gün müddətinə Bakı İstintaq Təcridxanasından Yasamal RPİ-nin MSY-nə gətirilən şəxslər isti havada natəmiz şəraitdə saxlanılır, onlara yuyunmaq imkanı yaradılmır.
“İsti hava, natəmizlik olmasına baxmayaraq hamamdan istifadə etməyə icazə verilmir. Bu natəmiz yerdə namaz qılmamaq üçün ibadət otağına getmək istəsək də, ona da icazə verilmir”, – deyə məktubda qeyd olunur.
Mənbənin sözlərinə görə, məhbuslar məcbur qalıb soyuq su ilə çimirlər və bu da onların tez-tez xəstələnməsinə səbəb olur.
“Rəis heyətinə edilən şikayətlər nəticə vermir. İbadətlərini ya natəmiz şəraitdə edirlər, ya da edə bilmirlər”, – məktubda qeyd edilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Hüquqşünas Səməd Rəhimli Toplum TV-yə deyir ki, məhbuslara isti sudan istifadəyə icazə verilməməsi onların ibadət hüququnun pozuntusudur.
“Ümumiyyətlə, MSY-lərlə bağlı problem bundan ibarətdir ki, orada saxlanılma ilə bağlı normal bir tənzimləmə yoxdur. Sadəcə saxlanılan şəxslərin aparılıb-gətirilməsi ilə bağlı bir tənzimləmə var. Amma həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun, eləcə də dini etiqad azadlığı haqqında qanun məhbusların vicdan azadlığı çərçivəsində ibadət hüququnu tənzimləyir. Bu qanunvericiliyə uyğun olaraq, məhbusların ibadət etməsinə şərait yaradılmalıdır”, - o bildirib.
“Məhbuslar isti su üzünə həsrətdir, ibadət edə bilmir”