PSJ "Real"ı darmadağın edərək finala yüksəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Finala gedən yolda Fransanın PSJ klubu ilə İspaniyanın “Real Madrid” komandası üz-üzə gəlib.

İst Raterford şəhərində yerləşən “MetLayf” stadionunda təşkil olunan qarşılaşma PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fransa klubu həlledici matçda İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. Final oyunu iyulun 13-də gerçəkləşəcək.