Gürcüstanda məşhur iş adamı Georgi Ramişvili saxlanılıb

Biznesmen qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda ittiham olunur.

"Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddəsi olan 236-cı maddəsi ilə saxlanılıb" , - DİN-dən bildirilib.
O, Tbilisi hava limanında saxlanılıb. Digrə təfərrüatlar məlum deyil.

Qeyd edək ki, Ramişvili ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Silknet Group"un, habelə "Euronews Georgia", "Silk Road Group" və digər şirkətlərin sahibidir.