Cahad Babakişizadə qapalı-ciddi rejimli müəssisəyə köçürüləcək

Siyasi məhbus Cahad Babakişizadə ciddi-qapalı rejimli müəssisəyə köçürüləcək. Bu barədə məlumatı Babakişizadənin yaxınları bildirib. İyulun 2 də cəza çəkdiyi 7 saylı müəssisədə hakim önünə çıxarılan inanclı rejim qaydalarının çoxsaylı pozulması səbəbindən 3 il müddətinə qapalı-ciddi rejimli müəssisəyə (kritaya) köçürüləcək. Bu 9 il 7 aydır həbs həyatı yaşayan C. Babakişizadənin ikinci ciddi rejim həyatı olacaq.
26 noyabr 2015-ci ildə saxlanılan zaman 18 yaşını yeni tamamlamış Cahad Babakişizadə güllə yarası alan 10 Nardaran hadisəsi qurbanlarından biridir. 14 il 6 ay azadlıqdan məhrum edilən Cahad cəzasının ilk 3 ilini ciddi-qapalı rejimdə keçirib. Elə bu dövrdə də o, olmazın dəhşətsaçan işgəncələrini yaşayıb.
Sonrakı illərdə Cahad müxtəlif müəssisələrə köçürülsə də fərqli münasibətlərlə qarşılaşmayıb. Gah dini təbliğ adı altında karserlərə salınıb, gah da müxtəlif məzmunlu etirazlara qurban olaraq fiziki işgəncələrin ən dəhşətli forması ilə üzləşib. Bu barədə onun səsli etirafları da bir müddət öncə sosial media vasitəsi ilə geniş yayılmışdı.
Babakişizadə bu il İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq aclıq aksiyasına qoşulan inanclılardandır. Aclığa başladığı gündən o, cəza çəkdiyi 11 saylı müəsisədən 1 saylı istintaq təcridxanasına göndərilib. Mayın 8-də isə buradan 1 saylı cəzaçəkmə müəsisəsinə köçürülən inanclı rəhbərliyin sərt davranışı ilə qarşılaşaraq elə karantin otağında da saxlanılır. Mayın 14-də isə növbəti köç yaşayan Cahad 7 saylı cəzaçəkmə müəssisəsinə gətirilir.
Davranış kordinasiyaları eynidir. Burada da karantin otağına məhkum edilən Babakişizadə iyulun 2-də təcrid siyasətinin qurbanı olaraq 3 il müddətinə ciddi-qapalı rejimli müəssisəyə köçürülməsi ilə bağlı cəzaya məhkum edilir.
Hakimiyyətin müxtəlif zamanlarda işgəncələrə, fiziki-psixoloji təzyiqlərə məruz qoyduğu Cahad Babakişizadə eyni aqibəti yaşayan çoxsaylı haqq sahiblərindən biridir. Bu sırada Şeyx Sərdar Hacı Həsənli və bu günlərdə məhkəməsi olacaq Hacı Tale Bağırzadə də daxil olmaqla eyni aqibəti yaşayan çoxsaylı inanclıların adını qeyd etmək olar.