Suriyanın Hələb şəhəri yaxınlığında silah anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə “Al Mayadeen” telekanalı mülki müdafiə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Suriyanın keçmiş hava hücumundan müdafiə bazasında döyüş sursatlarının partlamasına nəyin səbəb olduğu məlum deyil.
Ehtimallar arasında anbarda baş verən yanğın və ya İsrail ordusunun endirdiyi zərbələrin olması var.
Hadisə şahidlərinin bildirdiyinə görə, partlayışın baş verdiyi Neyrab bölgəsində hərbi obyektin yaxınlığında yerləşən bir neçə binaya ziyan dəyib.
Suriyada silah anbarının partlaması nəticəsində azı 5 nəfər ölüb